• $
  • €
  • ₽
  • ₺
  • £

"Melissa" tikinti şirkəti evləri sakinlərlə birlikdə sökür

"Melissa" tikinti şirkəti evləri sakinlərlə birlikdə sökür
21.10.2024 18:08

Bakıda bir tikinti şirkəti hələ də sakinlərin yaşadığı evlərin söküntüsünə başlayıb. Söhbət Yasamal rayonunun Alatava qəsəbəsində yerləşən şəxsi yaşayış evlərindən gedir.


Haqqin.az-a daxil olan videoda söküntü əks olunur, yerli sakinlərdən biri isə tikinti şirkəti Melissa-nın həyata keçirdiyi işləri dayandırmağa çağırır. Sakinlərin sözlərinə görə, evlərin sökülməsi barədə onlara heç bir məlumat verilməyib və onların əksəriyyəti şirkətlə müqavilə imzalamaqdan imtina edib.


Ekskavatorlar söküntü zamanı kommunal şəbəkələrə zərər yetirir, tikinti tullantıları ərazidən təmizlənmir, bu isə müqavilə imzalamayan sakinlər üçün əlavə çətinliklər yaradır. Sakinlər evlərinin təhlükəli hala düşəcəyindən narahatdırlar.


Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib ki, videonun ortaya çıxmasından sonra rəsmi nümayəndələr göstərilən ünvana gediblər. Yoxlamanın nəticələrinə əsasən rəsmi açıqlama veriləcək. İcra Hakimiyyəti qeyd edib ki, Melissa şirkətinin söküntü işləri aparmaq üçün rəsmi icazəsi var.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazirliyə həmin evlərin sakinlərindən şikayətlər daxil olub. Araşdırma aparılır.

Melissa tikinti şirkətinin nümayəndələri haqqin.az müxbirini baş ofisə yönləndirib, lakin oradan heç kim zənglərə cavab verməyib.


Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidməti sosial şəbəkələrdə yayılan, Bakı şəhəri, Yasamal rayonu, Alatava-1, 128b ünvanında yaşayış evinin sökülməsi ilə bağlı videonu şərh edərək, Alatava qəsəbəsindəki qanunsuz söküntünün dərhal dayandırıldığını bildirib. "Ərazi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ciddi nəzarətə götürülüb."


"Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi 2024-cü ilin aprel ayından bəri şəhərsalma monitorinqi çərçivəsində bir neçə dəfə lazımi icazə sənədləri olmadan söküntü işlərinin aparılmasına cəhdlərin olduğunu qeydə alıb. Yasamal Rayon İcra Hakimiyyətinə qanunsuz hərəkətlərin dayandırılması üçün bir neçə rəsmi bildiriş göndərilib. Hazırda qeyd olunan ərazidə qanunsuz söküntü prosesi Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən dayandırılıb", - deyə Dövlət Komitəsinin açıqlamasında qeyd olunur.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol