• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda sərnişin avtobusları nə vaxta qədər işləyəcək?

Bakıda sərnişin avtobusları nə vaxta qədər işləyəcək?
31.01.2014 09:47
Bakıda şaxtalı hava ilə yollarda yaranmış problemlər insanları narahat edir. Hər kəsi maraqlandıran məsələlərdən biri sərnişin avtobuslarının bu gün necə işləyəcəyidir. Bunu nəzərə alaraq, Nəqliyyat Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun ANS PRESS-ə verdiyi məlumata görə, bu gün paytaxtda xəttə buraxılan sərnişin avtobuslarının sayı təxmini 2 minə yaxındır. Lakin gün ərzində havanın necə olacağından asılı olaraq, sərnişin avtobuslarının saat neçəyə qədər işləyəcəyinə qərar veriləcək.“Hələlik bütü avtobuslar xəttə buraxılıb. Düzdür avtobus qrafikində gecikmələr ola bilər. Hələlik nəzərdə tutulub ki, avtobuslar axşam saatlarına qədər işləsin. Lakin ola bilər ki, hava daha da pisləşsin. Belə vəziyyətdə, biz sərnişinləri təhlükə altında qoya bilmərik”, - deyə Namiq Həsənov bildirib.Nazirlik rəsmisi bildirib ki, sərnişin avtobuslarının gediş haqqı qiymətlərində də heç bir artım ola bilməz: “Əgər kimsə süni qiymət artımı ilə rastlaşsa, nazirliyin 012 561 76 28 saylı “Qaynar xətti”nə müraciət edə bilər”, - deyə N.Həsənov əlavə edib.Qeyd edək ki, səhər saatlarında sakinlər avtobusların vaxtında işləməməsindən, bəzi ərazilərdə isə ümumiyyətlə sərnişin avtobusunun olmamasından şikayətlənir.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol