• $
  • €
  • ₽
  • ₺
  • £

Təcili Tibbi Yardım Stansiyasından əhaliyə müraciət

Təcili Tibbi Yardım Stansiyasından əhaliyə müraciət
31.01.2014 09:35
Ötən gündən başlayaraq Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırışların sayı artıb.Stansiyadan ANS PRESS-ə verilən məlumatlara görə, çağırışların sayı şaxtalı və qarlı hava ilə əlaqədar adi günlərə nisbətən artıb. Çağırışların çoxu avtoqəzada xəsarət alanlar, dəm qazından zəhərlənənlər və buzlu yolda yıxılaraq xəsarət alanlarla bağlıdır.Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından onu da bildirdilər ki, paytaxt küçələrinin buz bağlaması nəticəsində təcili tibbi yardım maşınlarının hərəkəti çətinləşib.Əsasən Binəqədi, Yasamay, Yeni Günəşli istiqamətində yollarda hərəkət mümkünsüz olub. Hətta çağırışa gedən bir neçə təcili yardım maşını bataraq yolda qalıb. Hətta həmin maşınların çıxarılması üçün Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri işə qarışmalı olub. Hazırda stansiyanın xüsusi qışa hazır olan təcili yardım maşınları da əhaliyə xidmət göstərir.“Vətəndaşlardan xahiş edirik ki, zərurət olmadığı təqdirdə lazımsız yerə təcili yardıma müraciət etməsinlər. Elə elementar şeylərdən ötrü təcili yardımı çağırırlar, maşın o xəstənin üstünə çətinliklə gedib çatır, ağır xəstə qalır bir tərəfdə, biz həmin xəstələrin üstünə gecikirik. Ciddi bir şey yoxdursa, təcili yardımı ünvana çağırmasınlar, əvəzində zəng edib telefonla məsləhət alsınlar. Ağır xəstələr, travmalar, doğuşlar, qanaxmalar, sudurğalar, uşaqlarda yüksək hərarət, insult, infarkt, yüksək təzyiq olan hallarda təcili yardım çağırsınlar. İnsanlar başa düşməlidir ki, elementar şeylərdən ötrü həkimi çağırmaq başqa ağır xəstələr üçün nə qədər problemlər yaradır”, - deyə stansiyadan bildirilib.Qeyd edək ki, ötən gün paytaxtda təcili yardıma 1700-dən çox müraciət daxil olub. Ən çox müraciətlər isə yol qəzaları ilə bağlıdır. Bu gecədən isə müraciətlərin sayı daha da çoxalıb.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol