• $
  • €
  • ₽
  • ₺
  • £

Fevralın əvvəlində hava anomal soyuq keçəcək

Fevralın əvvəlində hava anomal soyuq keçəcək
30.01.2014 10:57
 Fevral ayının əvvəlində ölkə ərazisində hava şəraitinin anomal soyuq keçəcəyi, havanın temperaturunun iqlim normasından aşağı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, ayın ortalarında temperatur rejiminin  normaya yaxın, üçüncü ongünlükdə isə xeyli tərəddüdlü olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasından bir qədər çox, bəzi rayonlarda isə normaya yaxın olacağı ehtimal olunur. Bakı  və Abşeron yarımadasında orta aylıq temperaturun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır.                                                         Ayın əvvəlində gecələr 4-8 dərəcə şaxta, bəzi günlərdə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti təşkil edəcək. Gündüzlər ayın əvvəlində 0-3 dərəcə şaxta, bəzi günlərdə 4-9 dərəcə isti olacaq, ayın sonunda 14 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarın iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 21-24 mm) olacaq.                                                 Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 1-4 dərəcə şaxta gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır. Gecələr 10-15, bəzi günlərdə 20-25 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 5-9 dərəcə şaxta gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 11-29 mm) olacaq.                                                     Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy  rayonlarında orta aylıq temperaturun 0-5 dərəcə şaxta gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır. Gecələr ayın əvvəlində 14-18 dərəcə şaxta, bəzi günlərdə 4-9°  şaxta təşkil edəcək. Gündüzlər ayın əvvəlində 5-10 dərəcə şaxta, bəzi günlərdə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 25-35 mm) olacaq.                                                 Qazax-Gəncə, Goranboy, TərTər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperatur 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti gözlənilir ki, bu da iqlim normasından  bir qədər aşağıdır. Gecələr ayın əvvəlində 5-10 dərəcə şaxta, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək. Gündüzlər ayın əvvəlində 0-5 dərəcə şaxta, bəzi günlərdə 2-7 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 15-36 mm) olacaq.                                                Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,  Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 0-5 dərəcə şaxta gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır. Gecələr ayın əvvəlində  8-13 dərəcə şaxta, bəzi günlərdə 1-6 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 20-25 dərəcə şaxta təşkil edəcək. Gündüzlər ayın əvvəlində 1-6 dərədə şaxta, bəzi günlərdə 0-5 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 24-55 mm) olacaq.          Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,  Neftçala rayonlarında orta aylıq temperaturun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır. Gecələr ayın əvvəlində 5-8 dərəcə şaxta, bəzi günlərdə 0-5 dərəcə isti təşkil edəcək. Gündüzlər ayın əvvəlində 0-5 dərəcə şaxta, bəzi günlərdə 5-10 dərəcə isti olacaq, ayın sonunda 12-16 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 21-35 mm) olacaq. Masallı,Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasından aşağıdır.         Gecələr ayın əvvəlində 4-8 dərəcə şaxta, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda 8-13 dərəcə şaxta gözlənilir. Gündüzlər ayın əvvəlində 0-4 dərəcə şaxta, bəzi günlərdə 4-9 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 44-105 mm) olacağı gözlənilir.           ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol