• $
  • €
  • ₽
  • ₺
  • £

6 dönərxananın fəaliyyəti məhdudlaşdırıldı – Siyahı

6 dönərxananın fəaliyyəti məhdudlaşdırıldı – Siyahı
04.11.2024 17:59
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən istehlak bazarına nəzarət məqsədilə ictimai iaşə obyektlərində mütəmadi olaraq monitorinqlər həyata keçirilir.

Aparılan monitorinqlər zamanı Bakıda fəaliyyət göstərən bir sıra dönərxanalarda qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitariya-gigiyena norma və qaydalarına əməl olunmadığı aşkarlanıb, bəzilərinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub.


Yoxlama zamanı nöqsanlar müəyyən olunmuş iaşə obyektləri aşağıdakılardır:


1. Yasamal rayonu, H.Cavid prospekti və A.Sultanova küçəsinin kəsişməsində yerləşən "Kasap Dönər” MMC-yə məxsus "Kasap Dönər” dönərxanası;


2. Nizami rayonu, "Xalqlar dostluğu” metro stansiyasının çıxışında yerləşən, fiziki şəxs Sadıqov Faiq Xudaverdi oğluna məxsus "Dadlı” dönərxanası;


3. Nizami rayonu, Q.Qarayev prospekti 28 ünvanında yerləşən, fiziki şəxs Şəmiyev Taleh Mübariz oğluna məxsus "Pomidor” dönərxanası;


4. Nizami rayonu, Q.Qarayev prospektində yerləşən, fiziki şəxs Əhmədov Elməddin Mütəllib oğluna məxsus "Halal Dönər” dönərxanası;


5. Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 2 ünvanında yerləşən, fiziki şəxs Salmanov Tariyel Hafiz oğluna məxsus "Tatti” dönərxanası;


6. Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 2 ünvanında yerləşən, fiziki şəxs Quliyev Mehdi Kərim oğluna məxsus dönərxana.


Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol