• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar”ın sərfəli “TouristSIM” tarifləri ilə Azərbaycanı kəşf et!

“Nar”ın sərfəli “TouristSIM” tarifləri ilə Azərbaycanı kəşf et!
07.11.2024 16:08
Ölkənin ən sərfəli mobil operatoru "Nar” ölkəmizə gələn turistlərin ünsiyyət ehtiyaclarını nəzərə alaraq, "TouristSIM” tariflərini təqdim edir. Xüsusi olaraq, ölkəmizə səyahət edən xarici qonaqlar üçün nəzərdə tutulmuş bu tariflər turistlərə sərfəli qiymətlə mobil internet, ölkədaxili və beynəlxalq zənglər təklif edir.


Ölkəmizdə vaxtlarını əyləncəli və səmərəli keçirmək üçün turistlər cəmi 34 AZN-ə "TouristSIM 40GB” paketi əldə edə bilərlər. Paketə 20GB mobil internet və sosial şəbəkələr üçün 20GB əlavə internet, həmçinin 100 dəqiqə ölkədaxili və 20 dəqiqə beynəlxalq zənglər daxildir. 


Bundan əlavə, irihəcmli paket əldə etmək istəyənlər üçün "TouristSIM 70GB” və "TouristSIM 130GB” tarifləri də mövcuddur. "TouristSIM 70GB” paketinə 40GB mobil internet, sosial şəbəkələr üçün 30GB internet, 170 dəqiqə ölkədaxili və 50 dəqiqə beynəlxalq zəng daxildir . "TouristSIM 130GB” paketinə isə 80GB mobil internet, sosial şəbəkələr üçün  əlavə 50GB internet, 250 dəqiqə ölkədaxili və 70 dəqiqə beynəlxalq zənglər daxildir. "TouristSIM 70GB” və "TouristSIM 130GB” paketlərinin qiymətləri müvafiq olaraq 55 AZN və 75 AZN-dir.


Tarifi aktivləşdirmək üçün turistlər istənilən "Nar” mağazasına yaxınlaşaraq ölkəmizə giriş zamanı qeydiyyatdan keçirdikləri pasportlarını təqdim etməlidirlər. Qeyd edək ki, paket aktivləşdirildikdən sonra 30 gün müddətində istifadə edilə bilər və bu müddətin sonunda nömrə avtomatik olaraq deaktiv edilir. Tariflər haqqında daha ətraflı məlumatı nar.az/TouristSIM səhifəsindən əldə etmək mümkündür. 


Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən "Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol