• $
  • €
  • ₽
  • ₺
  • £

Veteran pulunun artırılmasına ehtiyac var - Ombudsman

Veteran pulunun artırılmasına ehtiyac var - Ombudsman
19.11.2024 17:40
Müharibə veteranlarına ödənilən 80 manatın artırılmasına ehtiyac var. Bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələlərinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib. 
 
""Müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləği artırılmalıdır"- o bildirib. 
 
Bir neçə gün öncə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında bildirib ki, 80 manat veteran pulunun artacağı ilə bağlı məlunatlar dəqiqləşdirilməyib. 
 
O bildirib ki, müzakirələr bitdikdən sonra bu haqda danışmaq olar.

Bundan əvvəl sosial müdafiə naziri Sahil Babayev açıqlamasında bildirib ki, Müharibə iştirakçılarına 80 manatın verilməsi komunal xərclərin verilməsi üçün ödənilir.

Bir il öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov bildirib ki, müharibə Veteralarına verilən təqaüdün artırılması məsələsi müzakirə olunur.

VI çağırış Milli Məclisin bir neçə deputatı da veteranlara verilən 80 manatın artırılması ilə bağlı çıxarışlar edib.
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol