• $
  • €
  • ₽
  • ₺
  • £

“БЕЛОЧКА” tumları bağırsaq çöpü yaradır?

“БЕЛОЧКА” tumları bağırsaq çöpü yaradır?
26.01.2014 12:29

Azərbaycanda bəzi müəssisələrin standartlara cavab verməyən qida məhsullarının istehsal ilə məşğul olması barədə dəfələrlə rəsmi və ya qeyri rəsmi məlumatlar yayılıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi demək olar ki, hər gün belə müəssisələri üzə çıxararaq cərimələyir. Amma bu problemin qarşısını hələ də tam almaq mümkün deyil. Onlar öz ampulalarında, öz əməlləri ilə məşgül olur, daha tez zamanda milyonlar qazanmaq niyyəti güdürlər.

Sovetlər dönəmi dağıldıqdan sonra Azərbaycanda sahibkarlığın inkişafı üçün çox münbit şərait yaradıldı. Sahibkarlar dövlət tərəfindən iqtisadi dəstək alaraq istehsal müəssisələri yaratdılar. Bütün bunların fonunda əsas diqqət qida məhsullarının istehsalına yönəldi.

Əlbəttə, bəzi sahibkarlar bu işə ciddi yanaşaraq fəaliyyətlərində irəliləyiş əldə etdilər. Bəziləri isə yalançı reklamlardan istifadə edərək istehsal etdikləri standartdan kənar məhsulları bazara siriya bildi. Məhz bunun nəticəsidir ki, bu gün ölkə bazarında standartlara cavab verməyən, yararsız və təhlükəli qida məhsullarına rast gəlinir.

Bizimxeber.az-ın araşdırmasına görə, belə müəssisələridən biri 2005-ci ildə təsis edilmiş “Ayan” MMC-dir.  Müəssisəyə məxsus saytın məlumatlarında qeyd olunur ki, MMC-nin yaradılmasında əsas məqsəd, dünya standartları tələblərinə cavab verən yüksək keyfiyyətli məhsulların istehsalı, daxili və xarici bazarlarda onların satışının təşkil etməkdir. Amma, onlar bunu bacara biliblərmi? Bu gün MMC-nin bazara çıxardığı  ”БЕЛОЧКА” adı altında ağ-qara günəbaxan tumları nə qədər keyfiyyətlidir və ya təhlükəsizdir?

İlk günlərdə telekanallarda gözləri mozol edən reklam çarxlarından sonra “БЕЛОЧКА” tumları bazara qismən də olsa yol tapdı. Amma qısa bir müddətdə bazarı tərk etdi. Əlbətdə, bu gün mağaza və pərakəndə siqaret satışı ilə məşğul olan şəxslərin balaca “taburetka”sında bu tumlara rast gəlmək olur. Amma, bu hallar dünya bazarına çıxmaq istəyən bir MMC-nin uğuru sayıla bilməz.

Bu tumların keyfiyyətsiz olması ilə bağlı Bizimxeber.az-ın redaksiyasına daxil olan məktular əsasında bu sahəni dərindən bilən mütəxəssislərlə araşdırma aparmaq qərarı verdik.

Mütəxəssislər bildirilər ki, ilk əvvəl bu tumların qurudulması işi düzgün həyata keçirilmir. Daha doğrusu, tumlar nəm olaraq qablaşdırılır. Lazım olan tempetraturda qurudulmur və ya daha yüksək temperaturda qurudularaq keyfiyyətsiz hala salınır. Buna görə də, hava keçirməz qablara yığıldıqdan sonra kiflənir. Bu isə insanların zəhərlənməsinə yol açır.

Bizimxeber.az-ın araşdırmasına görə, qurudulmayan tumların istifadəsi isə daha ciddi təhlükəyə – uşaqlarda və böyüklərdə bağırsaq çöplərinin yaranmasına səbəb olur ki, məhs bu virus digər xəstəliklərə yol açır.

Məlumat üçün bildirək ki, statistik rəqəmlərə diqqət etdikdə görərik ki, dünyada tumlardan zəhərlənərək  dünyasını dəyişən insanların sayı hər il 10 min nəfərdən artıq olur.

Bu barədə daha geniş araşdırma yazısını yaxın günlərdə təqdim edəcəyik.//Bizimxeber.az

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Qaynar.info

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol