Yol Polisi reyd keçirir
Yol polisi paytaxtda reyd keçirir. Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovnik leytenantı Vaqif Əsədov məlumat verib.V.Əsədov bildirib ki, son günlər paytaxt yollarında qanunla istifadəsi qadağan olunmuş pərdə, plyonka və rəngli şüşələrlə təchiz edilmiş avtomobillərin sayı artıb. Bununla əlaqədar BDYPİ paytaxt yollarında reydlərə başlayıb. Reyd zamanı avtomobilləri pərdə, plyonka və rəngli şüşələrlə avtomobil idarə edən 52 sürücü barəsində inzibati protokol tərtib edilib. V.Əsədov sürücülərə müraciətində bildirib ki, idarə etdikləri avtomobillərdə qanunla qadağan edilən pərdə və plyonkalardan istifadə etməsinlər.ANN.Az

Instagram
Bizi Instagramda izləyin
Keçid etOxşar xəbərlər
Cəmiyyət 14:19 Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 12:05 Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 11:38 Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:36 Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:16 Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:03 Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:00 BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 10:40 Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:27 Bu yolayrıcında işıqfor quraşdırılıb