• $
  • €
  • ₽
  • ₺
  • £

Hava şəraiti ilə əlaqədar xəbərdarlıq

Hava şəraiti ilə əlaqədar xəbərdarlıq
24.01.2014 15:36
 Bakı və Abşeron yarımadasında yanvarın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində havanın tutulacağı, şimal küləyinin güclənəcəyi ehtimal olunur. Gecəyə doğru yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 2-4, günün birinci yarısında 5-7, axşam 0-2 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında yanvarın 25-də hava şəraitinin bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir. Yanvarın 25-də hava şəraitinin gün ərzində bəzi şimal rayonlarında, yanvarın 26-da isə əksər rayonlarda arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcəyi ehtimal olunur. Yanvarın 25-də şimal küləyinin arabir güclənəcəyi, qeyri-sabit hava şəraitinin yanvarın 27-si səhərədək davam edəcəyi gözlənilir. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol