• $
  • €
  • ₽
  • ₺
  • £

Test imtahanlarının xərci - RƏSMİ AÇIQLAMA

Test imtahanlarının xərci - RƏSMİ AÇIQLAMA
24.01.2014 13:22
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013-cü ildə keçirilən test imtahanlarına sərf olunan xərcləri açıqlayıb.APA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə qəbul imtahanlarında fəaliyyəti yüksək qiymətləndirilmiş nəzarətçi-müəllimlərin mükafatlandırılması mərasimində deyib ki, ümumilikdə test imtahanları zamanı müəllimlərə müqavilə əsasında 2 milyon manatdan çox maaş verilib. Onun sözlərinə görə, müqavilə əsasında Bakı şəhəri üzrə 23 040 nəfərə 816 608.4 manat, digər regionlar üzrə 34 843 nəfərə 1 213 749.2 manat məbləğində maaş ayrılıb: “Test imtahanlarına imtahan rəhbəri kimi Bakıdan 5173, regionlardan 1056 müəllim cəlb edilib. Bundan əlavə, imtahanlara Bakı şəhəri üzrə 16 041, regionlar üzrə 25 896 nəfər nəzarətçi-müəllim, Bakıdan 1408, regionlar üzrə 1397 nəfər mühafizə xidməti, Bakı üzrə 518, regionlar üzrə 2068 nəfər bina nümayəndəsi-xadimə cəlb olunub. Ümumilikdə, ümumilikdə Bakı şəhəri üzrə 23 040, digər regionlardan üzrə isə 30 417 nəfər test imtahanları prosesində iştirak edib”. TQDK sədri qeyd edib ki, ilk illərdə müəllimləri ictimaiyyət əsaslarla imtahana cəlb olunurdu. Onun sözlərinə görə, bu gün imtahanda iştirak edən 50 mindən çox pedaqoji, elmi ictimaiyyətin nümayəndələri yalnız bir məqsədlə iştirak edir: “Onlar məvacibə görə yox, vətəndaş borclarını ödəyirlər. Onlar istəyirlər ki, gənclər ali məktəblərdə öz yerlərini tutsunlar. Bu gün ölkədə müəllim ordusu qadınlardan ibarətdir. Bizim bu işimiz də hərbi qulluqdur. Təbii ki, hər gün auditoriyaya gəlmək, şagirdlərlə, tələbələrlə təmasda olmaq çox ağır bir işdir. Hərbçi, vətəndaş kimi onlar da hər zaman borclarını yerinə yetirirlər”.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol