• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Suriya bu ölkə ilə təhlükəsizlik komitəsi yaradacaq

Suriya bu ölkə ilə təhlükəsizlik komitəsi yaradacaq
07.01.2025 17:57
Suriya və İordaniya ölkələr arasında sərhəd təhlükəsizliyini təmin etmək üçün komitə yaratmaq barədə razılığa gəliblər. Bu barədə İordaniyanın xarici işlər naziri Ayman əs-Səfədi Əmmanda suriyalı həmkarı Əsəd Həsən əl-Şibani ilə görüşündən sonra mətbuat konfransında bildirib.

"Biz sərhəd təhlükəsizliyinin təmin edilməsi, xüsusən də silah və narkotik qaçaqmalçılığı təhlükəsi və [terror təşkilatı] İslam Dövlətinin dirçəldilməsi məsələlərini müzakirə etdik”, - nazir deyib.
 
Onun sözlərinə görə, Suriya və İordaniyanın təhlükəsizliyi vahiddir və ölkələr "çağrılara qarşı mübarizə aparmaq üçün öz hərəkətlərini əlaqələndirəcəklər”.

Suriya keçid hökumətinin Xarici İşlər Nazirliyinin rəhbəri öz növbəsində Suriya tarixində yeni dövrün "İordaniyanın təhlükəsizliyinə təhdidlərə son qoyduğunu” vurğulayıb. Onun sözlərinə görə, Suriya rəhbərliyi "bu məsələdə geniş əməkdaşlığa hazırdır”.

2024-cü il noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil oldular, Bəşər Əsəd Suriya prezidenti vəzifəsindən istefa verdi və ölkəni tərk etdi. Dekabrın 10-da İdlib vilayətində qondarma xilas hökumətinə rəhbərlik edən Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək davam edəcək keçid dövrü üçün Suriya Nazirlər Kabinetinin rəhbəri təyin olunduğunu açıqlayıb.
 
Aytac

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Santuş Yunanıstanda xüsusi mükafata layiq görülüb
Cəmiyyət 21:04
Santuş Yunanıstanda xüsusi mükafata layiq görülüb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 20:44
Bu ərazilərdə qaz olmayacaq
Daha 3 avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyənləşib
Cəmiyyət 20:30
Daha 3 avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyənləşib
Beynəlxalq axtarışa verilmiş 7 nəfər Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 19:00
Beynəlxalq axtarışa verilmiş 7 nəfər Azərbaycana ekstradisiya edilib
Elnur Bağırov Dövlət Agentliyinə sədr təyin edilib
Cəmiyyət 18:28
Elnur Bağırov Dövlət Agentliyinə sədr təyin edilib
Əfv Komissiyasının iclası keçirilib
Cəmiyyət 18:24
Əfv Komissiyasının iclası keçirilib
Qanunsuz sərnişin daşıyan taksi sürücüləri həbs olunub
Cəmiyyət 18:07
Qanunsuz sərnişin daşıyan taksi sürücüləri həbs olunub
Yasamalda 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Cəmiyyət 17:36
Yasamalda 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Ramin Cəbrayılzadənin şikayəti təmin edilməyib
Cəmiyyət 17:33
Ramin Cəbrayılzadənin şikayəti təmin edilməyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol