Şəmkirdə ev yanıb
![Şəmkirdə ev yanıb Şəmkirdə ev yanıb](https://anews.az/photo/850x500/2025-01/1736268042_yan.jpg)
Şəmkirdə fərdi evlərdən birində yanğın başlayıb.
"Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Çinarlı qəsəbəsi, İsmət Qayıbov küçəsində qeydə alınıb.
Qəsəbə sakini Elmidar Həsənova məxsus dördotaqlı evin zirzəmisindən başlayan yanğın otaqlardan birinə keçib.
Hadisə yerinə Şəmkir rayon Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub.
İlkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində yaranan qısa qapanmadır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər