• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Azərbaycanın üç gəmisi heyətlə birgə girov götürülüb - Video - Yenilənib

Azərbaycanın üç gəmisi heyətlə birgə girov götürülüb - Video - Yenilənib
08.01.2025 09:43
 
(Yazıya qara hərflərlə Dövlət Dəniz və Liman Agentliyinin açıqlması əlavə olunub)
 
Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində saxlanılıb.Bu barədə Bakupost.az-a uzaq səfərlər kapitanı Səyyar Quliyev məlumat verib.

O iddia edir ki, heyət 2 aya yaxındır ac-susuz girov saxlanılır. Gəminin Bakıdan Ərəbistan yarımadası istiqamətinə yola çıxdığı, havanın küləkli olması səbəbindən Eritreyaya yönəldiyi bildirilir.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Dəniz Administrasiyasının mətbuat katibi Pərvanə İmanova bildirib ki, bu barədə məlumatlıdırlar və məsələ araşdırılır.

 
 
Dövlət Dəniz və Liman Agentliyi (DDLA) Azərbaycana məxsus 3 gəminin heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində girov götürülməsi məsələsi ilə bağlı açıqlama yayıb.

 Agentliyin mətbuat katibi Pərvanə İmanova oxu.az-a açıqlamasında bildirib ki, 2024-cü ilin 7 noyabr tarixində "Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı tərəfindən sözügedən şirkətə məxsus 3 gəminin Eritreya dövlətinin səlahiyyətli qurumları tərəfindən saxlanılması barədə DDLA-ya məlumat daxil olub.


"Dərhal Agentlik tərəfindən Xarici İşlər Nazirliyinə işçi qaydada məlumat verilib. Bununla yanaşı, Agentlik tərəfindən Eritreya Dövlətinin dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna, habelə Beynəlxalq Dəniz Təşkilatına (BDT), Eritreyanın BDT-dəki daimi nümayəndəliyinə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə rəsmi məktubla müvafiq məlumatlar təqdim edilib”, - açıqlamada qeyd olunub. 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Santuş Yunanıstanda xüsusi mükafata layiq görülüb
Cəmiyyət 21:04
Santuş Yunanıstanda xüsusi mükafata layiq görülüb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 20:44
Bu ərazilərdə qaz olmayacaq
Daha 3 avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyənləşib
Cəmiyyət 20:30
Daha 3 avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyənləşib
Beynəlxalq axtarışa verilmiş 7 nəfər Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 19:00
Beynəlxalq axtarışa verilmiş 7 nəfər Azərbaycana ekstradisiya edilib
Elnur Bağırov Dövlət Agentliyinə sədr təyin edilib
Cəmiyyət 18:28
Elnur Bağırov Dövlət Agentliyinə sədr təyin edilib
Əfv Komissiyasının iclası keçirilib
Cəmiyyət 18:24
Əfv Komissiyasının iclası keçirilib
Qanunsuz sərnişin daşıyan taksi sürücüləri həbs olunub
Cəmiyyət 18:07
Qanunsuz sərnişin daşıyan taksi sürücüləri həbs olunub
Yasamalda 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Cəmiyyət 17:36
Yasamalda 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Ramin Cəbrayılzadənin şikayəti təmin edilməyib
Cəmiyyət 17:33
Ramin Cəbrayılzadənin şikayəti təmin edilməyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol