Zəngilanda magistiral yolda hərəkət bərpa edilib - Video
Zəngilan rayonu Zəngilan-Mincivan yolunun 10-cu km-də irigövdəli ağac aşıb və nəticədə magistiral yol bağlanıb.Bu barədə FHN məlumat yayıb.
www.anews.az
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə məlumat daxil olub.Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zəngilan rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri çağırış ünvanına cəlb olunublar.
Xilasedicilər müvafiq vasitələrlə aşmış ağacı hissələrə kəsilərək yoldan götürülməsini, bununla da magistral yolda sərbəst hərəkətin bərpasını təmin ediblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV
Rəsmi Youtube kanalımız