• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub

“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub
27.01.2025 16:21
İnklüziv cəmiyyətin inkişafına dəstəyinin davamı olaraq, "Nar” "Karlara Dəstək” İctimai Birliyi ilə birgə nitq və eşitmə məhdudiyyətli şəxslər üçün keçirdiyi modelyer-dizayner ixtisası üzrə peşə təlimlərini uğurla tamamlayıb. Üç ay davam edən təlimlərdə 18-40 yaş arasında olan nitq və eşitmə məhdudiyyətli 10 nəfər iştirak edib.
 
Layihə çərçivəsində iştirakçılar yeni peşə öyrənərək cəmiyyətə inteqrasiya olmaq, öz yaradıcılıq potensiallarını üzə çıxarmaq və müstəqil karyera qurmaq imkanı qazanıb. Təlimlər zamanı onlara modelyer-dizayner peşəsinin incəlikləri, o cümlədən parça seçimi, eskizlərin yaradılması və hazır məhsulun hazırlanması kimi praktiki bacarıqlar öyrədilib. Praktiki biliklərlə yanaşı, nəzəri biliklərin də yer aldığı proqram onların gələcəkdə peşəkar fəaliyyətlərini uğurla davam etdirmələrinə zəmin yaradır.
 
Sosial məsuliyyəti əsas fəaliyyət istiqamətlərindən biri kimi qəbul edən "Nar” inklüzivlik, təhsil və regional inkişaf sahələrində mühüm layihələr həyata keçirir. Mobil operator fiziki imkanları məhdud şəxslərə yönəlik sosial layihələrə dəstəyini davam etdirərək hər bir fərdin bərabər imkanlara sahib olmasına töhfə verməyi qarşısına məqsəd qoyur.
 
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən "Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol