Kabellər oğurlandığı üçün Bakı -Ağstafa qatarı yolda qalıb
![Kabellər oğurlandığı üçün Bakı -Ağstafa qatarı yolda qalıb Kabellər oğurlandığı üçün Bakı -Ağstafa qatarı yolda qalıb](https://anews.az/photo/850x500/2025-01/1738131652_2c0bba9cd49059c0c67991379d1d95e3_c4f40e94-6d58-35ba-b073-7416b6771ee7_850.jpg)
Yanvarın 28-də dəmir yollarında oğurluq hadisəsi işarəvermə qurğularının işinin pozulması və Bakı-Ağstafa qatarının qrafikdən çıxması ilə nəticələnib. Bu barədə "Azərbaycan Dəmir Yolları" məlumat yayıb.
Nəticədə Bakı-Ağstafa qatarı Yevlax stansiyasına 1 saat 15 dəqiqə, Ağstafa stansiyasına isə 1 saat 11 dəqiqə gecikmə ilə çatıb.
Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır.
Təhlükəli zona olan dəmir yollarına kənar müdaxilələr infrastruktura ciddi zərər vurur, qatarların qrafikdən çıxmasına səbəb olur və hərəkətin təhlükəsizliyinə təhdid törədir.
www.anews.az
Belə ki, saat 19 radələrində Yevlax-Ləki və Ləki-Yevlax sahələrində keçid işıqforları qırmızı göstərib.
Nasazlığın aradan qaldırılması üçün əraziyə baxış keçirilən zaman məlum olub ki, ərazidə olan işıqforları qidalandıran 10 metrlik kabel xətti kəsilərək oğurlanıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər