• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
14.02.2025 18:04

Azərbaycanda daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır.Bu barədə AYNA-dan bildirilib.

Məlumata görə, Bakı-Mingəçevir, Bakı-Balakən (Qabaqçöl qəsəbəsi), Bakı-Tərtər, Bakı-Göyçay, Bakı-Oğuz, Bakı-Siyəzən, Bakı-Ağdaş, Bakı-İmişli, Bakı-Sabirabad, Sumqayıt-Masallı, Gəncə-Bərdə, Gəncə-İsmayıllı, Bərdə-Gəncə, Mingəçevir-Şəki, Mingəçevir-Balakən, Balakən-Gərəkli kəndi, Şəki-Gəncə şəhərlərarası, eləcə də paytaxtın 45 nömrəli şəhərdaxili, 105 və 216 nömrəli şəhərətrafı avtobus marşrutları müsabiqəyə çıxarılır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 15 mart 2025-ci saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Mingəçevir, Bakı-Balakən (Qabaqçöl qəsəbəsi), Bakı-Tərtər, Bakı-Göyçay, Bakı-Oğuz, Bakı-Siyəzən, Bakı-Ağdaş, Bakı-İmişli istiqamətlərində 9 Lot üzrə aprelin 3-də, Bakı-Sabirabad, Sumqayıt-Masallı, Gəncə-Bərdə, Gəncə-İsmayıllı, Bərdə-Gəncə, Mingəçevir-Şəki, Mingəçevir-Balakən, Şəki-Gəncə, Balakən-Gərəkli kəndi istiqamətlərində 9 Lot üzrə aprelin 8-də və paytaxtın 45 nömrəli şəhərdaxili (“Azadlıq prospekti” metrostansiyası – M.Ə.Rəsulzadə qəsəbəsi), 105 nömrəli şəhərətrafı (C.Naxçıvanski küçəsi – Balaxanı qəsəbəsi) və 216 nömrəli şəhərətrafı (“Koroğlu” metrostansiyası – Balaxanı qəsəbəsi) avtobus marşrutları üzrə 3 Lotda aprelin 11-də baxılacaq.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol