Yasamalda yaşayış binasında yanğın olub, 2 nəfər təxliyə edilib

Bakı şəhərinin Yasamal rayonunda yanğın olub.Bu barədə FHN-dən məlumat verilib.
Bilsirilib ki, üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsi yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1-i uşaq olmaqla 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
























