• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell” jurnalist xanımları 8 Mart münasibətilə təbrik edib

“Bakcell” jurnalist xanımları 8 Mart münasibətilə təbrik edib
06.03.2025 18:34

İnnovasiya və sürət lideri “Bakcell” jurnalist xanımları 8 Mart – Beynəlxalq Qadınlar
Günü münasibətilə təbrik edib. Şirkət 30-dan çox media nümayəndəsini bir araya
toplayaraq, səmimi və qeyri-rəsmi görüş təşkil edib.


Görüşdə “Bakcell”in Korporativ Kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova
media sahəsində peşəkarlığı, obyektivliyi və şəffaf informasiyanın yayılmasını təşviq
edən bütün xanımları təbrik edərək bildirib: "Qadınların cəmiyyətdəki rolu və uğurları bizi
ilhamlandırır. “Bakcell” olaraq biz qadınların peşəkar və şəxsi inkişafına dəstək verməyi
prioritet hesab edirik. Onların potensialını reallaşdırması, yeni imkanlar qazanması və
öz bacarıqlarını daha da inkişaf etdirməsi üçün daim yanlarında olmağa hazırıq".
Həmçinin, tədbirdə xanımlar üçün floristika üzrə master klass keçirilib. Onlar güllərlə
kompozisiya qurmağın incəliklərini öyrənib, öz unikal buketlərini hazırlayaraq kreativ
yanaşmalarını nümayiş etdiriblər.


Qeyd edək ki, “Bakcell” yarandığı gündən media nümayəndələri ilə sıx əməkdaşlıq
edərək, onların fəaliyyətini dəstəkləməyə və jurnalistlərin peşəkar inkişafına töhfə
verməyə davam edir.


“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda
“Bakcell” üç milyondan çox müştərini yüksək innovativ, keyfiyyətli və sürətli
telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan həllər
vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının
qeyri-neft sektorunun ən böyük investorlarından biridir.


“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti
sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun
tərkibinə daxildir.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol