• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda tapılan silahlar terrorçu dəstəyə məxsusdur? - AÇIQLAMA

Bakıda tapılan silahlar terrorçu dəstəyə məxsusdur? - AÇIQLAMA
17.01.2014 16:33

Bakıda xeyli sayda silah-sursat tapılıb. 

Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, bu gün səhər saatlarında rayonun Şəmsi Rəhimov küçəsi 54 ünvanında, zibil qutusunun içərisində xeyli sayda silah_susat aşkar edilib. Silahların zibil qutusunda tapılması, onların hər hansı bir terror dəstələrinə və ya terror məqsədilə istifadə olunacağına dair proqnozu sıfıra endirir. Amma heç bir ölkə terrordan sığortalanmadığı kimi, Azərbaycanda da son zamanlar müxtəlif qruplar arasında silahlı atışmalar vəziyyətin stabil olmadığının göstəricisidir. Bir neçə il öncə Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror hələ də yaddaşlardadır.

Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, politoloq İlham İsmayıl ANN.Az-a açıqlamasında tapılan silahların birmənalı şəkildə terrorla əlaqələndirilməsini, düzgün hesab etmədiyini bildirib. 

İ.İsmayıl açıqlamasında bildirib ki, bəzən hüquq-mühafizə orqanları özləri də belə profilaktik tədbirlər hazırlayırlar: “Bunu birmənalı şəkildə demək olmaz ki, silahlar hansısa terrorçu dəstəyə məxsus olub. Adətən, terror dəstələrinin silahları o şəkildə olmur. Qarabağ müharibəsi illərində əllərdə çoxlu silahlar var idi. Ola bilər ki, kiməsə məxsus olub və zibil qutusuna atmaq qərarına gəldiyindən, indi də müəyyən informasiya nəticəsində aşkara çıxıb. Məsələnin başqa tərəfi də ondan ibarət ola bilər ki, hüquq mühafizə orqanları, cinayət axtarışı ilə məşğul olanlar zaman-zaman belə profilaktik tədbirlər hazırlamaqla müəyyən müsbət təsir bağışlayırlar. Ona görə də birmənalı demək olmaz ki, silahlar terrorçu dəstəsinə məxsusdur. Adətən, terror dəstələri silahları kütləvi şəkildə bir yerdə saxlamırlar. Müxtəlif yerlərdə saxlayırlar ki, ələ keçiriləndə hamısı birdən aşkar olunmasın. Hüquq mühafizə orqanları əlavə məlumat versə, silahlara dair dəqiq proqnoz vermək olar”.

O, həmçinin əlavə edib ki, tapılan silahların fotolarına baxıb və desant qrupuna məxsus silahlar olduğu qənaətinə gəlib: “Silahların fotosuna baxdım, bu desant qrupuna məxsus silahlardı. Snayper tüfəngi də var, avtomatların əksəriyyəti isə qısa lüləlidi. Terror təşkilatlarına məxsus ola bilməz. Kimlərsə basdırıb ki, nə vaxtsa lazım olar, zaman keçib, xarab olublar, əlavə sorğu-sual olmasın deyə zibilliyə atıblar. Versiyanın biri də budur” – deyə İ.İsmayıl bildirib.

SeymurANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol