• $
  • €
  • ₽
  • ₺
  • £

Birinci mərhələdə Sarıcalı kəndinə 895 nəfərin köçürülməsi planlaşdırılır

Birinci mərhələdə Sarıcalı kəndinə 895 nəfərin köçürülməsi planlaşdırılır
28.03.2025 14:11

"Böyük Qayıdış" proqramı çərçivəsində Ağdamın Sarıaclı kəndinə birinci mərhələdə 895 nəfər olmaqla 203 ailənin köçürülməsi planlaşdırılır. Bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi jurnalistlərə məlumat verib.

"Evlərin 63-ü iki, 91-i üç, 45-i dörd, 4-ü isə beşotaqlıdır. Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 54 hektar torpaq sahəsi ayrılıb", - o bildirib. 

Siyasi məsələlər üzrə ekspert Tural İsmayılov deyir ki, ən çox dağıntılara məruz qalan Ağdam yaxın zamanlarda Qarabağın ən gözəl bölgəsinə çevriləcək. 

"Artıq Ağdamın bəlli bölgələrinə köç prosesi davam edir. Özəlliklə bayram günlədində prezidentin Ağdamın Sarıcalı kəndində vətəndaşlarla görüşməsi önəm kəsb edir. Azərbaycan bu gün böyük qayıdış üzrə dövlət proqramını elə edib və çox uğurla da bütün şərtləri Azərbaycan tərəfindən həyata keçirilir. Ağdam şəhərinin özünə də köç prosesi yaxın zamanlarda baş tutacaq. Ümumiyyətlə yaxın zamanlarda işğaldan azad olunan torpaqlardan ən çox dağıntılara məruz qalan Ağdamdır. Hazırda orda yüksək səviyyədə abadlıq işləri görülür. Ağdama bir çox səyyahlar səfərlər təşkil edirlər. Bu da Qarabağdakı işğal dönəmindəki Ağdama qarşı olan geniş dağıdıcılıq dünyaya çatdırılır. Ağdamın şəhər infrasukturuna  vurulan zərbələr nümayiş olunur. Lakin Azərbaycan dövlətinin qətiyyəti nəticəsində Ağdam digər azad olunan bölgələrimiz kimi sıfırdan qurulur. İnkişaf edən modelimizi görürük. Təbii ki böyük qayıdış prosesi uğurlu formada baş verir", - ekspert bildirib. 

2025-ci ilin sonuna kimi Ağdam və üç kəndinə 10 minə yaxın əhalinin köçürülməsi planlaşdırılır. 

Ümumilikdə Ağdamda 11 kəndin təməli qoyulub.

Dekabrın 12-də Qarabağ iqtisadi rayonunun xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata bildirib ki, proqram çərçivəsində 2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırlıb. 

Prezident İlham Əliyev oktyabrın 10-da  Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub. 

Son 4 ildə Qarabağın bərpası və yenidənqurulmasına 17,6 milyard manat vəsait xərclənib. 

Cari il üçün isə Qarabağa 4 milyard manat ayrılması planlaşdırılır. 

İstiqamət: 6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”;

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 

 

Gülnar Nazimqızı 

 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol