Tbilisi prospektində işıqforlar işləmir- Səbəb

Bakının Tbilisi prospekti ilə İzmir küçəsinin kəsişməsindəki svetoforlarda problem yaranıb.
Belə ki, ərazidə işıqforlar yanmır, bu da sürücülərin işinə maneə yaradır.
Məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən anews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, daşıyıcı enerji xəttinin yolun asfalt təbəqəsinin altından keçməsi, həmin hissədə yaranan texniki qəzanın aradan qaldırılması və bu xəttin dəyişdirilməsi üçün aidiyyəti qurumlarla müzakirə aparılır.
Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























