• $ 1.7
  • € 1.9044
  • ₽ 0.02125
  • ₺ 0.0438
  • £ 2.264

Həftəsonu 7 mindən çox şəxs üçün imtahan keçiriləcək

Həftəsonu 7 mindən çox şəxs üçün imtahan keçiriləcək
06.05.2025 11:14

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 11-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək.

DİM-dən  verilən məlumata görə, imtahanlar 13 şəhər və rayonda təşkil olunur və 7 min 282 nəfərin iştirakı nəzərdə tutulur.

Həmin gün aşağıdakı şəxslər üçün imtahan keçiriləcək:

1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı.

İmtahanlarda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytından çap edib götürə bilərlər. 

İmtahanlar saat 10:00-da başlanır. 

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər (şagirdlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanlarda 7 min 282 nəfərin iştirakı nəzərdə tutulur. İmtahanda 27 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Ümumilikdə imtahanların idarə olunmasına 34 ümumi imtahan rəhbəri, 92 imtahan rəhbəri, 700 nəzarətçi, 96 buraxılış rejimi əməkdaşı və 34 bina nümayəndəsi ayrılıb.

İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə,  Göyçay, Quba rayonlarında və Naxçıvan MR-də təşkil olunur.

Oxşar xəbərlər
Oxşar xəbərlər
AAF sürət avtomobillərinin sərgisini təşkil edib
Cəmiyyət 21:06
AAF sürət avtomobillərinin sərgisini təşkil edib
Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ
Cəmiyyət 18:30
Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 16:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 15:32
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 14:57
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Sabahın hava proqnozu
Cəmiyyət 13:00
Sabahın hava proqnozu
Şabranda minik və yük avtomobili toqquşub, iki nəfər ölüb
Cəmiyyət 12:00
Şabranda minik və yük avtomobili toqquşub, iki nəfər ölüb
Bakıda çay evində yanğın olub
Cəmiyyət 11:55
Bakıda çay evində yanğın olub
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Cəmiyyət 09:00
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol