• $
  • €
  • ₽
  • ₺
  • £

“Air Astana” Bakı–Atırau–Bakı marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib

“Air Astana” Bakı–Atırau–Bakı marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib
01.06.2025 17:24

Mayın 31-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Qazaxıstanın “Air Astana” aviaşirkətinin Atıraudan Bakıya ilk uçuşunun təntənəli qarşılanma mərasimi keçirilib.Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

İlk sərnişinləri səfir Alim Bayel, “Air Astana” aviaşirkətinin nümayəndələri və Bakı aeroportunun rəhbərliyi qarşılayıb.

"Biz şadıq ki, reyslərin sayı artır və ölkələr arasında uçuşların coğrafiyası genişlənir. Bu yay Qazaxıstanla Azərbaycan arasında uçuşların sayı həftədə 34 dəfəyə çatacaq. Eyni zamanda biz icazə verilən uçuşların sayını 70-ə çatdırırıq. Yəni artım davam edəcək. İndi Bakıdan Astana, Almatı və Aktauya təyyarələr uçur. Buraya Çimkent şəhəri də əlavə olunacaq”, - diplomat bildirib.

Atırau-Bakı reysləri həftədə üç dəfə bazar ertəsi, çərşənbə və şənbə günləri yerinə yetiriləcək. Uçuş müddəti 1 saat 30 dəqiqədir.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol