Arazda batan azyaşlının meyiti tapılıb

Araz çayının İmişli rayonu, Göbəktala kəndindən keçən hissəsində bir nəfər batıb.Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 14.07.2025-ci il tarixində Araz çayının İmişli rayonu, Göbəktala kəndindən keçən hissəsində batması ehtimal edilən 1 nəfərin (uşaq) axtarışları yekunlaşıb.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində vətəndaşın meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.