Lənkəranda ferma yanıb

Lənkəranda iş adamına məxsus ferma yanıb.
"Report"un məlumatına görə, yanğın hadisəsi rayonun İstisu qəsəbəsində fermer təsərrüfatında baş verib.
Əraziyə 5 yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub.
2 000 kv.m. sahəni əhatə edən yanğın nəticəsində 5 baş iribuynuzlu heyvan tələf olub, 10 mindən çox ot bağlaması yanıb.
Qısa müddətdə yanğın lokallaşdırılıb.
Meşə zolağı və 5 ədəd kənd təsərrüfatı texnikası yanğından mühafizə olunub.
Hazırda yanğının tam qarşısını almaq üçün işlər davam etdirilir.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























