DİN ikitəkərli nəqliyyat vasitələri ilə bağlı profilaktik tədbirləri davam etdirir

Polis əməkdaşları ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət və profilaktik tədbirləri davam etdirir.Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki,yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan və təhlükəli manevrlər edən sürücülər müəyyən olunur, onlarla maarifləndirici söhbətlər aparılır.
Sürücülərə qanunvericiliyin tələbləri izah edilir, qayda pozuntularının digər hərəkət iştirakçıları üçün yaratdığı təhlükələr diqqətə çatdırılır. Eyni zamanda, yol hərəkəti qaydalarını kobud şəkildə pozan şəxslər barəsində ciddi intizam tədbirləri görülür.
Bir daha hər bir yol hərəkəti iştirakçısını diqqətli olmağa və qaydalara riayət etməyə çağırırıq.