• $
  • €
  • ₽
  • ₺
  • £

Sığorta ödənişlərinin əhatəsi genişləndirilir - Fuad Sadıqov

Sığorta ödənişlərinin əhatəsi genişləndirilir - Fuad Sadıqov
23.07.2025 12:12

Aqrar Sığorta Fondu sığorta hadisələrinin siyahısı genişləndiriləcək. Bunu jurnalistlərə açıqlamasında Fondun sədri Fuad Sadıqov deyib. 

Sədr bildirilib ki, heyvandarlıq sahəsində bala atma, doğuş zamanı heyvanın tələf olması və yoluxucu xəstəliklər kimi hallar da sığorta təminatına daxil ediləcək. Hazırda bu risklər sistemdə nəzərdə tutulmur.

“Sığorta hadisələrinin siyahısı genişləndiriləcək. Əsas məqsəd fermerlərin daha geniş risklərdən qorunmasını təmin etməkdir. Bitkiçilik sahəsində ödənişlərin daha tez və izahlı şəkildə həyata keçirilməsi üçün də prosedurlar sadələşdirilir. Heyvanlar əsasən qapalı şəraitdə saxlanılır, lakin bitkiçilik açıq mühitdə olduğundan risklər daha çoxdur,” —  açıqlamada vurğulanıb.

Hazırda heyvan sayının milyonlarla olduğu qeyd edilsə də, yalnız on minlərlə heyvanın sığortalandığı bildirilir. Bu fərqin əsas səbəbi kimi heyvanların qeydiyyat prosesinin tam başa çatmaması göstərilir.

Bununla yanaşı, quşçuluq və arıçılıq sahələrinin də sığortalanması üçün hüquqi baza hazırlanıb.

“Qanunvericilik və normativ aktlar təqdim edilib. Ümid edirik ki, ilin sonuna kimi bu sahələr üzrə də sığortanı işə salacağıq,” — Sadıqov bildirilib.

Gülnar Nazimqızı 

 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol