• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı bir gündə 6 dünya rekordu qazandı

Azərbaycanlı bir gündə 6 dünya rekordu qazandı
29.12.2013 10:34

Gürcüstan azərbaycanlısı 1540 kiloqramlıq “Mercedes” markalı avtomobili 10 metr dartıbBorçalı sakini olan və Ginnesin Rekordlar Kitabına düşən “maqnit adam” təxəllüsü ilə tanınan Etibar Budaqlı dekabrın 28-də Tiflisdə 6 dünya rekordu əldə edib.APA-nın Gürcüstan bürosunun məlumatına görə, E. Budaqlı öncə 52 qaşığı sinəsinə düzüb və 6 dəqiqə 15 saniyə saxlayıb. Sonra o, sinəsinə yapışdırdığı 10 sinini 1 dəqiqə 15 saniyə saxladığını nümayiş etdirib və sonra üzərində 84 kq yüklə 25 saniyə qaçıb.Bundan sonra E. Budaqlının sinəsinə yapışdırılan dəmirin üstünə 15 kirəmid kərpic qoyulub və çəkiclə zərbə vurularaq qırılıb. “Maqnit adam” həmin gün bədəni ilə 147 kq yükü 30 saniyə saxlayıb. O, sonuncu rekordunda maqnitin gücü ilə saxladığı 19 kq dəmirin üstündə oturan və 55 kq çəkidə olan gənci sinəsində saxlayıb və ona bağlanan kəndirlə 1540 kiloqramlıq “Mercedes” markalı avtomobili 10 metr dartıb.Tədbirdə E. Budaqlıya diplomlar və mükafatlar təqdim olunub.“Maqnit adam”ın bir gündə əldə etdiyi bu rekordları dünyanın bir çox telekanalları, o cümlədən Azərbaycan televiziyaları və media nümayəndələri müşayiət edib. ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol