• $
  • £

“Səttar Mehbalıyev dedi ki, Zaur Həsənovun obyektinin sökülməsinə...”

“Səttar Mehbalıyev dedi ki, Zaur Həsənovun obyektinin sökülməsinə...”
27.12.2013 14:19
“Dünən mənim rəhbərlik etdiyim nümayəndə heyəti Həmkarlar İttifaqları Konfederasiyasında bu qurumun sədri Səttar Mehbalıyevlə görüşüb. Görüşdə belə başa düşdüm ki, ətrafındakı insanlar Səttar Mehbalıyevi Qarabağ qazisi Zaur Həsənovun problemləri ilə bağlı düzgün məlumatlandırmayıblar”.Bunu APA-ya açıqlamasında "Qarabağ Qaziləri" İctimai Birliyinin sədr müavini Firudin Məmmədov söyləyib. F. Məmmədov Z. Həsənovun problemlərini və istəklərini S. Mehbalıyevə çatdırdıqlarını bildirib: “Səttar Mehbalıyev görüşdə Zaur Həsənovun obyektinin sökülməsi ilə bağlı məhkəmə qərarının olduğun bildirdi. Ancaq bu insanın obyekti 16-17 il fəaliyyət göstərib. Əgər məhkəmə sökülməsi barədə qərar veribsə, təzminat ödənilməli idi. Görüşün sonunda Səttar Mehbalıyev bizimlə razılığa gəldi. Dedi ki, Zaur Həsənovun sağalmasına və obyektlə bağlı probleminin həll olunmasına kömək göstərəcək. Bu vədə inanmaq istəyirəm”. F. Məmmədov Zaur Həsənovun maddi problemlərinin həll olunacağına, obyektinin bərpa ediləcəyinə inandığını deyib: “Çünki bu məsələ dövlət rəhbərliyinin diqqət mərkəzindədir. Bu gün yenə də Səttar Mehbalıyevlə görüşəcəyik. Dünən səhiyyə naziri Oqtay Şirəliyev də xəstəxanaya gəlib, Zaur Həsənova baş çəkib, müalicəsini nəzarətə götürüb. Səhiyyə nazirinin bu gün də xəstəxanaya gəlməsi gözlənilir. Bu gün Yeni Azərbaycan Partiyası icra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov və Mübariz Qurbanlı Zaur Həsənova baş çəkmək üçün xəstəxanaya gəliblər. Bizim üçün hazırda əsas məsələ Zaur Həsənovun yaşamasıdır”. F. Məmmədov Z. Həsənovun özünə qəsd etməsinin səbəbkarı olan insanların cəzalandırılmasını da tələb etdiklərini vurğulayıb: “Bu işdə günahkar olanlar hüquqi məsuliyyətdən yaxa qurtarmamalıdır. Kim Zauru bu həddə çatdırıbsa, cəzalandırılmalıdır”. Qeyd edək ki, dekabrın 25-də II qrup əlil, 5 uşaq atası Zaur Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binası qarşısında özünü yandırıb. Ərazidə xidmət aparan polis əməkdaşlarının səyi nəticəsində Z.Həsənovun həyatı xilas edilib. O, hadisə yerinə çağırılan təcilli tibbi yardım ilə xəstəxanaya aparılıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq kəsiləcək
Cəmiyyət 23:30
Bu ərazilərdə işıq kəsiləcək
Astarada bir nəfər dənizdə batıb
Cəmiyyət 22:10
Astarada bir nəfər dənizdə batıb
Xətai rayonunda binada yanğın başlayıb
Cəmiyyət 18:47
Xətai rayonunda binada yanğın başlayıb
Bakıda kabab evində at DNT-si aşkarlanıb
Cəmiyyət 18:08
Bakıda kabab evində at DNT-si aşkarlanıb
“Yaşıl Cümə” yenidən “İrşad”da!
Cəmiyyət 17:34
“Yaşıl Cümə” yenidən “İrşad”da!
Kolleclərə qeydiyyat prosesi başlayıb
Cəmiyyət 17:24
Kolleclərə qeydiyyat prosesi başlayıb
Azərbaycanda onlayn qumar dəstəsinin rəhbəri saxlanılıb
Cəmiyyət 17:08
Azərbaycanda onlayn qumar dəstəsinin rəhbəri saxlanılıb
Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur
Cəmiyyət 16:35
Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur
Lənkəranda qanunsuz fəaliyyət göstərən toyuq kəsimi müəssisəsi aşkarlanıb
Cəmiyyət 16:27
Lənkəranda qanunsuz fəaliyyət göstərən toyuq kəsimi müəssisəsi aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol