• $
  • €
  • ₽
  • ₺
  • £

Kamran İmanov: “Azərbaycanda piratçılığın səviyyəsi düşüb”

Kamran İmanov: “Azərbaycanda piratçılığın səviyyəsi düşüb”
25.12.2013 20:59
“Azərbaycan piratçılığa qarşı beynəlxalq səviyyədə mübarizənin fəal iştirakçılarından biridir. Piratçılığın səviyyəsinin azalması istiqamətində görülən tədbirlər nəticəsində ölkədə piratçılığın səviyyəsi 2005-ci illə müqayisədə kitab nəşri sahəsində 61 faizdən 30 faizə, audio-video məhsul bazarında 90 faizdən 68 faizə, proqram təminatında 96 faizdən 87 faizə düşüb”.APA-nın xəbərinə görə, bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov “Virtual məkanda əqli mülkiyyət hüquqlarının qorunması” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, müəlliflərin, digər hüquq sahiblərinin, aspirantların, ictimai birliklərin və müəllif-hüquq məsələləri ilə maraqlanan bütün şəxslərin sorğularını operativ şəkildə cavablandırmaq və Agentliyin səlahiyyətləri çərçivəsində müvafiq köməkliyin göstərilməsini sürətləndirmək məqsədi ilə 960 nömrəli "Qaynar xətt" açılıb. K.İmanov qeyd edib ki, agentlikdə fəaliyyət göstərən "Qaynar xətt"ə 2013-cü ilin ötən dövrü ərzində 600-dən çox müraciət daxil olub və onların hər biri üzrə müvafiq tədbirlər görülüb. Agentlik sədri əlavə edib ki, son 10 ildə müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan "kreativ iqtisadiyyatın" ÜDM-dəki payı 2003-cü ildəki 2,1 faizdən 2012-ci ildə 4,5 faizə çatıb və hazırda inkişaf edən ölkələr səviyyəsindədir: “Əqli mülkiyyətin qorunmasında Azərbaycan institutları dünyada 69-cu yeri tutaraq Qazaxıstanı 4 pillə, Rusiyanı 44 pillə, Ukraynanı isə 64 pillə üstələyir. Ümumiyyətlə, son illərin hesabatlarında Azərbaycan əqli mülkiyyət sahəsində Cənubi Qafqazda ən qabaqcıl dövlət kimi təqdim olunur".ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol