• $
  • €
  • ₽
  • ₺
  • £

Ev almış jurnalistlərə açarlar təqdim olundu

Ev almış jurnalistlərə açarlar təqdim olundu
24.12.2013 20:38
 Bu gün “Xəmsə” restoranında  Azərbaycan Respublikası Prezidenti Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDDF) tərəfindən dövlət başçısının sərəncamı ilə mənzil almış jurnalistlərə evlərin orderlərinin təqdimatı, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Modern.az-ın məlumatına görə,Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələləri şöbəsinin müdiri Əli Həsənov, rabitə informasiya və texnologiyalar naziri Əli Abbasov, KİVDF-nin sədri Vüqar Səfərli, millət vəkilləri, ziyalılar və media nümayəndələri iştirak edib.Mərasimdə çıxış edən V. Səfərli mənzil almış jurnalistləri təbrik edib və qeyd edib ki, yeni mənzillər tam təmirlidir və hər cür şəraitə malikdir.KİVDF sədri əlavə edib ki, bütün kommunal xidmətlərlə bağlı sənədlər mənzil sahiblərinin adlarına aktlaşdırılıb: “Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binanın yaxınlığında yeni binanın təməlini qoyub. Yeni bina 2 il ərzində tikiləcək və 2015-ci il 22 iyul Milli Mətbuat Günündə istifadəyə veriləcək”.Daha sonra qeyd olunub ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinə 108 yazı təqdim olunub. Müsabiqə “Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”nda nəzərdə tutulmuş 15 istiqamət üzrə keçirilib. Müsabiqənin şərtlərinə əsasən, hər istiqamət üzrə ən yüksək bal toplamış 3 yazı qalib hesab edilib. Bundan əlavə, 15 müsabiqə iştirakçısına həvəsləndirici mükafatların verilməsi qərara alınıb. Tədbirdə çıxış edən Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib ki, media sahəsində ən çox xidmətləri olan jurnalistlərə sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün mənzillər verilib. O, ev almış jurnalistlərin mediamızın inkişafına stimul verəcəyinə inandığını dilə gətirib, jurnalistlərə ailə xoşbəxtliyi arzulayıb. Ə.Həsənov 2013-cü ilin Azərbaycan üçün uğurlu bir il olduğunu, Azərbaycanın dünyanın təbii qaz xəritəsini dəyişdirəcək addımlar atdığını qeyd edib. Prezident seçkilərindən danışan PA rəsmisi Azərbaycanın uğurlu bir ili yola saldığını, uğurlar vəd edən 2014-cü ili qarşılamağa hazırlaşdığını söyləyib. O, dövlət başçısı tərəfindən jurnalistlər üçün tikiləcək yeni binanın təməlini qoyulduğunu, 2015-ci ildə jurnalistlərə yenə mənzillər veriləcəyini bildirib: “Ümid edirəm ki, jurnalistikamızda xidmətləri olan jurnalistləri sevindirəcəyik”.Fərdi jurnalist yazı müsabiqəsində qalib gələnləri də təbrik edən Ə. Həsənovun iştirakı ilə mənzillərin sənədləri və açarları öz sahiblərinə təqdim edilib. Qeyd edək ki, Prezident İlham Əliyevin 2010-cu iyulun 22-də imzaladığı sərəncamla mətbuat işçilərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün Ehtiyat Fondundan vəsait ayrılıb. Həmin vəsaitlə evsiz jurnalistlər üçün Bibiheybət qəsəbəsində “Yeni yaşayış massivi” deyilən ünvanda, 0,7 hektar torpaq sahəsində bina tikilib. 2 girişli 17 mərtəbəli binada 156 jurnalist mənzil alıb.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol