• $
  • €
  • ₽
  • ₺
  • £

Antiinhisar: Aeroportda taksi probleminin hüquqi tərəfləri qiymətləndirilir

Antiinhisar: Aeroportda taksi probleminin hüquqi tərəfləri qiymətləndirilir
04.11.2025 13:45

Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində taksi xidmətlərinin həyata keçirilməsinə dair yaranmış vəziyyətlə əlaqədar işin mahiyyəti üzrə daha öncə aidiyyəti qurumlar və təsərrüfat subyektləri ilə keçirilən görüş və müzakirələr nəticəsində əldə edilmiş məlumatların təhlili davam etdirilir, yaranmış vəziyyətin hüquqi və iqtisadi tərəfləri qiymətləndirilir.

Bu barədə  Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, rəqabət orqanının bu çərçivədə apardığı təhlillər bazar subyektlərinin davranışlarının rəqabət qanunvericiliyi prizmasından dəyərləndirilməsi, qabaqlayıcı tənzimləmə tədbirlərinin həyata keçirilməsi və istehlakçı hüquqlarının pozulması hallarının qarşısının alınmasına istiqamətlənib.

Hava limanı ərazisində taksi xidmətlərinin həyata keçirilməsi ilə bağlı rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə davam edən təhlillərin nəticələrinə uyğun olaraq, Rəqabət Məcəlləsinin tələbləri nəzərə alınmaqla, qanunamüvafiq tədbirlər görüləcək.

Qeyd edilib ki, rəqabət qanunvericiliyinə əməl edilməsi üzrə dövlət nəzarəti tədbirləri Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin 10-12-ci fəsillərinin tələblərinə uyğun həyata keçirilir. Dövlət nəzarət tədbirləri nəticəsində bazar subyektləri tərəfindən rəqabət qanunvericiliyinin pozulması əlamətlərinin müəyyən edilməsi həmin bazar subyektlərinə münasibətdə iş qaldırılması üçün əsas hesab olunur. Rəqabət qanunvericiliyinin pozulması əlamətləri müəyyən edildikdə Rəqabət orqanı tərəfindən rəqabət qanunvericiliyinin pozulması haqqında işlərə baxılması və qanun pozuntularının aradan qaldırılması məqsədilə rəqabət komissiyası yaradılır. İşə baxılması prosesi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Rəqabət komissiyasının yaradılması, tərkibi, rəqabət komissiyası tərəfindən işlərə baxılması və qərarların qəbul edilməsi Qaydaları” çərçivəsində həyata keçirilir.

Bu ilin sentyabr ayından Bakı aeroportundan taksi nəqliyyat vasitəsi ilə sərnişindaşımalar üzrə yeni qaydaların tətbiqinə başlanılıb. Yeni qaydalar və onların əsasında taksi operatorlarının daşımalarla bağlı tətbiq etdiyi tariflər vətəndaşların ciddi narazılığına səbəb olub.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin daha əvvəl verdiyi açıqlamada Aeroportda tətbiq edilən yeni qaydalarla bağlı təhlillər aparıldığı, yaranmış vəziyyətə əsasən, aidiyyəti qurumlar və təsərrüfat subyektləri ilə görüşlərin keçirildiyi bildirilib.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol