• $
  • €
  • ₽
  • ₺
  • £

"Qara cümə" münasibətilə Yelo invest-də komissiyasız alış kampaniyası!

"Qara cümə" münasibətilə Yelo invest-də komissiyasız alış kampaniyası!
18.11.2025 13:39

İnvestisiya dünyasına addım atmaq indi daha sərfəli və rahatdır. Yelo invest istifadəçiləri üçün Qara cümə münasibətilə xüsusi kampaniya başladı! 2025-ci ilin noyabr ayının sonuna qədər bütün səhm və ETF alışı (10 USD-dən yuxarı səhmlərdə) əməliyyatlarını tamamilə komissiyasız həyata keçirmək mümkündür. Kampaniya həm bazar, həm də limit sifarişləri ilə edilən əməliyyatlara şamil olunur.

Yelo invest nədir?

Onlayn investisiya artıq gündəlik həyatın bir parçasıdır. Dünyanın istənilən yerindən, istənilən vaxt maliyyə bazarlarına qoşulmaq, portfelini idarə etmək və əlavə gəlir qazanmaq indi çox daha rahatdır. Yelo Bank müştərilərinə bu üstünlüyü təqdim edir: tam onlayn investisiya platforması – Yelo invest! “Unicapital İnvestisiya Şirkəti” ilə birgə hazırlanan bu xidmət investorlara qlobal bazarlara çıxış imkanı verir.

Yelo invest ilə ABŞ-ın məşhur şirkətlərinin səhmlərinə və ETF-lərinə sahib olmaq, portfelini idarə etmək və dividendləri izləmək sadə interfeys sayəsində çox asandır. Qeydiyyat prosesi sürətli və tam onlayndır – filiala getmədən, lazımi sənədləşmələri sadəcə Yelo App-də SİMA rəqəmsal imza ilə həyata keçirmək mümkündür.

Platforma həm yeni başlayanlar, həm də təcrübəli investorlar üçün nəzərdə tutulub. İstifadəçilərə 16 saatlıq treyd imkanı təqdim olunur: bazar açıq olduğu vaxtlarla yanaşı, pre-market və after-market saatlarında da əməliyyat aparmaq mümkündür. Müştərilər bazar sifarişi ilə dərhal alış edə və ya limit sifarişi ilə daha sərfəli qiyməti gözləyə bilərlər.

Alış AZN və USD valyutalı Yelo kart və ya Yelo Bank hesabı vasitəsilə həyata keçirilir. Alınan səhmlər realdır – bu da müştəriləri birbaşa həmin şirkətlərin payçısına çevirir.

Yelo invest ilə indi daha çox nəzarət, daha çox rahatlıq və daha çox fürsət sənin əlindədir. Sən də Yelo App-i yüklə və Qara cümə kampaniyasından faydalanaraq investisiya dünyasına rahat addım at: //bit.ly/44kUcc0.

Bank xidmətlərinə dair əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol