• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu

Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
17.12.2025 18:11

İnnovasiya lideri Bakcell “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən təsis edilən “Kaşalata” kafede “İnklüzivlikdə İnnovativ Həllər” adlı tədbir təşkil edib.  Tədbirin əsas məqsədi rəqəmsallaşan dünyada neyro-müxtəlifliyi olan şəxslər üçün inklüziv yanaşmaların inkişafını təşviq etmək, bu sahədə mövcud innovativ həll modellərini müzakirə etmək olub. Tədbirdə dövlət, özəl şirkət, həmçinin QHT və media nümayəndələri də daxil olmaqla ümumilikdə 40-a yaxın qonaq iştirak edib. 

 

Tədbir çərçivəsində inklüziv cəmiyyətin qurulmasında tətbiq edilən ən son yeniliklər, bu sahədə məşğulluq və təhsil imkanlarının genişləndirilməsi, həmçinin sosial sahibkarlıq modellərinin tətbiqi ətrafında geniş müzakirələr aparılıb. “Birgə və Sağlam” İctimai Birliyinin təsisçisi və sədri Aytən Eynalovanın moderatorluğu ilə keçirilən müzakirədə millət vəkili Fariz İsmayılzadə, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Mərkəzi Bankın Maliyyə Texnologiyaları və İnnovasiyalar Departamentinin direktoru Fidan Tofidi və Bakcell-in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova çıxış ediblər. 

 

“Bakcell olaraq innovasiya yanaşmamızın əsasında cəmiyyətin hər bir üzvü üçün müasir imkanlar yaratmaq dayanır. “Birgə və Sağlam” ilə güclü əməkdaşlığımız inklüziv cəmiyyətin formalaşdırılması istiqamətində davamlı dəstəyin göstəricisidir və biz bu kimi təşəbbüsləri gələcəkdə artırmağı hədəfləyirik”, – deyə Bakcell-in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova bildirib.

 

Bakcell inklüziv cəmiyyətin qurulmasına dəstək strategiyası çərçivəsində neyro-müxtəlifliyi olan şəxslərin inkişafını, bərabər imkanların yaradılmasını və inklüziv yanaşmaların genişləndirilməsini hədəfləyən layihələri davamlı şəkildə həyata keçirir. Şirkət yeni texnoloji və sosial təşəbbüslər vasitəsilə cəmiyyətin dayanıqlı inkişafına töhfə verir.

 

“Birgə və Sağlam” İctimai Birliyi neyro-müxtəlifliyi olan şəxslərin və onların ailələrinin sosial rifahını dəstəkləyir, autizmli şəxslərin cəmiyyətə inteqrasiyası, inklüziv təhsil və məşğulluq imkanlarının artırılmasına yönəlmiş layihələr həyata keçirir. “Birgə və Sağlam” İctimai Birliyinin təşəbbüsü ilə təsis edilmiş “Kaşalata” kafe neyro-müxtəlifliyi olan gənclərin məşğulluğunu dəstəkləyən mühüm bir sosial layihədir.





 

Bakcell haqqında

 

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

 

Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol