• $
  • €
  • ₽
  • ₺
  • £

BMT baş katibi Maduronun həbsi fonunda Venesuelada qeyri-sabitliyin artmasından narahatdır

BMT baş katibi Maduronun həbsi fonunda Venesuelada qeyri-sabitliyin artmasından narahatdır
06.01.2026 09:52

BMT-nin baş katibi Antonio Quterreş prezident Nikolas Maduronun həbsindən sonra Venesuelada qeyri-sabitliyin dərinləşə biləcəyi ilə bağlı ciddi narahatlığını ifadə edib.

Maduronun Manhettendə federal məhkəmədə çıxış etməsindən bir neçə saat əvvəl BMT Təhlükəsizlik Şurasının 15 üzvü Nyu-Yorkdakı qərargahda qapalı iclas keçirib.

Quterreşin bəyanatını Şuraya BMT-nin siyasi məsələlər üzrə baş katibinin müavini Rozmari DiKarlo təqdim edib. Bəyanatda qeyd olunub ki, ölkədə mümkün eskalasiya, bunun regiona təsiri və dövlətlərarası münasibətlər üçün yarada biləcəyi presedent baş katibi ciddi şəkildə narahat edir.

ABŞ-ın BMT-dəki səfiri Mayk Uolz Təhlükəsizlik Şurasına bildirib ki, ABŞ Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresə qarşı “Amerika ədalətindən qaçan iki şəxsə” yönəlmiş, hərbçilərin dəstəyi ilə “dəqiq hüquq-mühafizə əməliyyatı” həyata keçirib.

Uolz ABŞ dövlət katibi Marko Rubionun mövqeyinə istinad edərək vurğulayıb ki, Vaşinqtonun Venesuelaya və ya onun xalqına qarşı müharibə niyyəti yoxdur və ölkənin işğalından söhbət getmir. Onun sözlərinə görə, ABŞ Qərb yarımkürəsinin düşmən qüvvələr üçün əməliyyat bazasına çevrilməsinə imkan verməyəcək və Venesuelanın böyük enerji ehtiyatlarının “qanunsuz liderlərin və xarici qüvvələrin nəzarətində qalması” qəbuledilməzdir.

Venesuelanın BMT-dəki səfiri Samuel Moncada isə ABŞ-ın Maduronu həbs etməsini “heç bir hüquqi əsası olmayan qanunsuz silahlı hücum” kimi qiymətləndirib. O bildirib ki, Venesuelada dövlət institutları normal fəaliyyət göstərir, konstitusiya qaydası qorunur və hökumət ölkə ərazisinə tam nəzarət edir.

Antonio Quterreş bütün tərəfləri inklüziv və demokratik dialoqa çağıraraq, Venesuela böhranının sülh yolu ilə həllinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazır olduğunu bəyan edib.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bərdədə 4 otaqlı ev yanıb
Cəmiyyət 15:10
Bərdədə 4 otaqlı ev yanıb
Ağcabədidə fəaliyyət göstərməyən köhnə məktəb binasında yanğın olub
Cəmiyyət 14:07
Ağcabədidə fəaliyyət göstərməyən köhnə məktəb binasında yanğın olub
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava açılanıb
Cəmiyyət 11:25
Faktiki hava açılanıb
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol