• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlıların sayı 1 milyon 916 min 500 nəfər artıb

Azərbaycanlıların sayı 1 milyon 916 min 500 nəfər artıb
16.12.2013 18:45
Son 20 il ərzində Azərbaycanda əhalinin ümumi sayı 1 milyon 916 min 500 nəfər artıb. APA-nın xəbərinə görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan “Azərbaycan ailəsi Strategiyası”nda deyilir. “Azərbaycan ailəsi Strategiyası” layihəsinin ilkin müzakirəsi zamanı komitənin şöbə müdiri Aynur Veysəlova bildirib ki, 1993-cü ildə əhalinin sayı 7 milyon 440 min idisə, bu rəqəm 2013-cü ildə 9 milyon 356 min 500 nəfərə çatıb. O qeyd edib ki, son 20 ildə kişilərin sayı sürətlə artıb və əhali arasında cinsi nisbət demək olar ki, bərabərləşib: “1993-cü ildə əhalinin 3 milyon 641 min 200 nəfəri (49 faizi) kişi, 3 milyon 798 min 800 nəfəri isə (51 faizi) qadın idisə, 2013-cü ildə əhalinin 4 milyon 648 min 800 nəfəri (49.7 faizi) kişilər, 4 milyon 707 min 700 nəfərini (50.3 faizi) isə qadınlar təşkil edib. Əhalinin təbii artım əmsalında da rəqəmlər son 20 ildə dəyişib. 1993-cü ildə 121 min 809 nəfər (16.5 faiz) olub. Təxminən 1995-ci ildən bu rəqəm azalmağa başlayıb və 2003-cü ildə təbii artım 7.9 faiz olub. 2006-cı ildə təbii artımda yüksəliş müşahidə edilib. Belə ki, 2012-ci ildə təbii artım 119 min 452 nəfər (13 faiz) təşkil edib”.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol