Məktəbli bacı-qardaşı öldürən şəxs 10 il müddətinə həbs edilib
Avtomobillə məktəbli bacı-qardaşı vuraraq öldürməkdə təqsirləndirilən Vurğun Quluzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb və ona 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda elan olunub. Məhkəmə Quluzadəni Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsirli bilib.
Həmin maddə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının sərxoş vəziyyətdə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozulması nəticəsində ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olmanı nəzərdə tutur.