• $
  • €
  • ₽
  • ₺
  • £

Qəbələdə baş verən atışmanın təfərrüatları məlum oldu

Qəbələdə baş verən atışmanın təfərrüatları məlum oldu
14.12.2013 10:25

Ötən gün axşam saatlarında Qəbələdə Ticarət Mərkəzinin qarşısında baş verən silahlı insidentin təfərrüatlıarı məlum olub. 

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Zarağan kəndində Rahim Rəsulova məxsus iri ticarət mərkəzində olub. Ticarət mərkəzində mühasib işləyən Ariz Rəsulzadə vinçester markalı ov tüfəngilə Rahim Rəsulovun biznes ortağı olan Bum qəsəbə sakini 45 yaşlı Eldar Kərimovu və onun iççisi Vasif Dadaşovu güllələyib. Həmçinin hadisə vaxtı 26 yaşlı şəhər sakini alış-veriş etməyə gələn Zöhrab Dadaşovu çiyin nahiyəsindən güllələyib. Hər iki şəxs aldıqları güllə yarasından keçinib. Zöhrab Cavadov isə çiyin nahiyəsindən aldığı 5 güllə yarası ilə xəstəxanaya çatdırılıb.

Yaralı Arizin əlindəki vinçestrlə onlara yaxınlaşdığını və ilk güllə ilə qohumu Eldar Kərimovu nişan aldığını bildirib. Ona müqavimət göstərib silahı əlindən almaq istəyəndə isə silahla onu yaralayıb.

“Həmin rəhmətə gedən insanı nişan alıb. Nişan aldı atmaq istədi, amma silah açılmadı. İkinci dəfə də cəhd etdi, yenə alınmadı. O insanda canın qoruyurdu. Axırıncı dəfə silah açılanda mənə dəydi. Ayağa qalxanda isə gec idi. Yaralının vəziyyəti isə orta ağır idi”, - deyə Zöhrab Cavadov bildirib.

Xəstəxananın növbətçi həkimi Həmid Tapdıqovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, hazırda yaralının vəziyyəti orta-ağırdır: “Odlu silah yaralanması ilə əlaqədar 3 nəfər şəxs xəstəxanaya daxil olub. 2 nəfər dünyasını dəyişib. Meyitlər morqa yerləşdirilib. Bir nəfər isə kürəyinin sağ tərəfinin yaralanamsı ilə xəstəxanaya yerləşdirirlib”, - deyə Həmid Tapdıqov bildirib.

İlkin məlumata görə, hadisəyə səbəb 36 yaşlı A.Rəsulzadənin əmisi oğlu Rahim Rəsulovla Eldar Kərimov arasında mövcud biznes sövdələşməsi səbəb olub. Belə ki, E.Kərimov və Rahim Rəsulov bu ticarət tikdiyi 10 il ərzində ortaq olublar. Sonradan bu ortaqlığa son qoyublar. Aralarında yaranan narazılıq isə onları dəfələrlə məhkəmlik edib. Hər iki şəxs birgə işlətdikləri mağazadakı paylarını bölüşdürmək üçün sonuncu dəfə məhkəməyə müraciət edib. Məhkəmə isə son qətnaməsində mağazanın E.Kərimovda qalmasına qərar verib. Lakin Rahim Rəsulzadə məhkəmənin qərarına məhəl qoymayıb.

Məhkəmə icraçıları mağazaya gedərək Rahim Rəsulzadəyə oranı boşaltmağı tələb ediblər. Lakin Ariz Rəsulzadə məhkəmənin çıxardığı qərarla razılaşmayaraq Qəbələ Ticarət Mərkəzinə gəlib. Özü ilə gətirdiyi vinçestr markalı ov tüfəngilə ticarət mərkəzinin qarşısında mərkəzin rəhbəri Ariz Rəsulzadə və onun işçisi Vasif Dadaşova bir neçə güllə ilə atəş açıb. Güllə 5-6 dəfə açılıb. Bir neçəsi boşa çıxsa da, mübahisə sonda iki nəfərin ölümünə, bir nəfərin xəsarətinə səbəb olub.

Qeyd edək ki, mərhumun qohumlarından alınan məlumata görə, Ariz Rahim Rəsulzadənin sifarişini həyata keçirib.

Hazırda ərazi rayon polis şöbəsinin əməkdaşları tərəfindən mühafizə olunub.

Hazırda Qəbələ rayon Prokrorluğu tərəfindən tərəfindən araşdırma aparılır.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol