BDYPİ yağıntı və buzlaşma səbəbilə sürücülərə xəbərdarlıq edib
Yağıntılı hava şəraiti ilə əlaqədar ölkə yollarında sürüşmə riski xeyli artıb. Xüsusilə qar yağan və buzlaşma ehtimalı olan yol sahələrində sürüşkənliyin gücləndiyi bildirilir ki, bu da nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciətində qeyd edib.
BDYPİ sürücüləri hərəkət zamanı maksimum diqqətli və ehtiyatlı olmağa çağırıb. Müraciətdə öndə hərəkət edən nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsinin saxlanılması, müəyyən olunmuş sürət hədlərinə ciddi əməl edilməsi və qəfil manevrlərdən çəkinilməsinin vacibliyi vurğulanıb.
Qurum bildirir ki, hava şəraitinə uyğun olmayan sürət və məsafə seçimi yol-nəqliyyat hadisələrinin riskini əhəmiyyətli dərəcədə artırır.
Son xəbərlər
Daha çox