• $
  • €
  • ₽
  • ₺
  • £

ANS əməkdaşı öz efirində niyə senzuraya məruz qaldı? - VİDEO

ANS əməkdaşı öz efirində niyə senzuraya məruz qaldı? - VİDEO
12.12.2013 23:36
Tanınmış telejurnalist Afət Telmanqızının qardaşının həyat yoldaşı, həkim terrorunun qurbanı olan Pərvanə Hüseynova ilə bağlı ANS telekanalında yayımlanan “Alın yazısı” proqramında sujetlər hazırlansa da, kanal rəhbərliyinin tapşırığından sonra görüntülərin efirə getməsi qadağan olunub. Axar.az xəbər verir ki, bu cür hal ANS-də ikinci dəfədir ki, baş verir. “Həkim terroru” ilə bağlı hazırlanan proqramın görüntüləri bundan əvvəl də kəsilərək efirə getməyinin qarşısı alınmışdı. Tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı Elçin Əlibəylinin “Açıq söhbət” proqramında  anons edilən kadrlar efirə getməmişdi. Və bu da E. Əlibəylininin insan ölümü ilə alverdə ittiham edilməsinə səbəb olmuşdu. Həmin olayın təkrarı ANS-in öz əməkdaşı olan Afət Telmanqızının yaxını Pərvanə Hüseynovaya aid verilişdə təkrar yaşanıb. “Alın yazısı” proqramında həkim terroru ilə bağlı sujetlər hazırlansa da, kanal rəhbərliyi həmin görüntüləri efirə buraxmayıb. 50 saniyəlik süjetə baxaraq özünüz də əmin ola bilərsiniz ki, verilişin anonsunda Afət Telmanqızı və mərhumun yaxınları həkimlərin əməlləri barədə danışırlar.  Amma verilişdə Afət Telmanqızının danışdıqlarını görə bilmədik. Xanım jurnalist efirə gedən videoyazıda ümumiyyətlə gözə dəymədi. Verilişin tam mətni olan videoya baxaraq özünüz də əmin ola bilərsiniz ki,anonsda danışan və həkim terrorunu qeyd edən Afət Telmanqızının dedikləri efirə buraxılmayıb. Anonsla tutuşdurduqda, rəhmətə gedən Pərvanə xanımın ailəsinin danışdıqlarının əsas hissələri də verilişdə görünmədi. Məsələ ilə bağlı sayta danışan ANS TV-nin Bədii və Publisistik Verilişlər Departamentinin baş redaktoru Samirə Səfərəliyeva bildirdi ki, bu mövzu şirkətin daxili işidir: “Guya siz yazılarınızda ixtisar etmirsiniz? Nəyi efirə verib-verməmək bizim daxili işimizdir. Bunun heç kimə aidiyyəti yoxdur. Belə məsləhət bilmişik və etmişik”.

ANN.Az

Verilişin anonsu:

Verilişin bütöv hissəsi:

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol