• $
  • €
  • ₽
  • ₺
  • £

Gülər Əhmədovanın cinayət işinə daxil edilməyən məşhur 7 mesaj

Gülər Əhmədovanın cinayət işinə daxil edilməyən məşhur 7 mesaj
12.12.2013 18:10
Hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədovanın vəkili Əfsər Talıbov müdafiə tərəfinin sübutu kimi Gülər Əhmədovanın cinayət işinə daxil edilməyən 7 mesajı açıqlayıb.Ə. Talıbovun APA-ya verdiyi məlumata görə, həmin mesajlar Gülər Əhmədova ilə Sevinc Babayevaya və Elşad Abdullayevin rektoru olduğu Azərbaycan Beynəlxalq Universitetində işləmiş, Elşad Abdullayev tərəfindən aldadıldığı iddia edilən Tavat Şirinovaya məxsusdur.Vəkil bildirib ki, həmin mesajlara nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı hüquqi qiymət verilib. 

Mesaj 1. 26.09.2012, 13:57

0502129065 (Babayeva Sevinc) – 0552100496 (Tavat Şirvanova)

“Ürəyim çox pis ağrıyır. Allah Elşadın evini yıxsın. Alçaq gör nə həyasızdır ki, qalıb bizim pulumuzu qaytarmaqdan, şər böhtan atır. Mən onu mütləq tapacam”. 

Mesaj 2. 26.09.2012, 05:14:00

0502129065 (Babayeva Sevinc) – 0552100496 (Tavat Şirvanova)

“Ya o yaşamalıydı, ya da mən. Evim yox, borcun içində batıram. O, soyub bizi. Ölüb eləsəm pullarımı ondan al. Oğlum yazıqdı, yetimdi. Heç kimdən qorxma”. 

Mesaj 3. 26.09.2012, 05:14:00

0502129065 (Babayeva Sevinc) – 0552100496 (Tavat Şirvanova)

“Qorxma. Yazıq Gülər də bizə görə ... düşüb. Allah bizə kömək olsun”.

 

Mesaj 4. 26.09.2012, 06:16:09

0502129065 (Babayeva Sevinc) – 0552116283 (Əhmədova Gülər)

"Nə isə bağışla gecə vaxtı səni narahat etdim. Bu işdə sənlik heç nə yoxdur. Bizi tək qoyma, Tavat da yazıqdı. O biri yetimlər də, sabaha qədər”.

 

Mesaj 5. 26.09.2012, 06:16:10

0502129065 (Babayeva Sevinc) – 0552116283 (Əhmədova Gülər)

“Yaşasam Elşadın vayına oturacam”. Mesaj 6. 26.09.2012, 07:15:41

0502129065 (Babayeva Sevinc) – 0552100496 (Tavat Şirvanova)

“Sən mənə deyəndə Elşad ilan bicbaladı, mən inanmırdım. Allahdan qorxmur. Qardaşı Eldəniz, Mahir bu alçağa dərs olmadı”. 

Mesaj 7. 26.09.2012, 07:15:41

0502129065 (Babayeva Sevinc) – 0552100496 (Tavat Şirvanova)

“Ürəyim çox pis tutub. Sabah borclulara nə deyəcəyəm bilmirəm. Bu əclafdan pullarımı ala bilsəm rahat olardım”. Qeyd edək ki, G. Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol