• $
  • €
  • ₽
  • ₺
  • £

Elmar Vəliyev dünya məşhurlarını Gəncəyə gətirir

Elmar Vəliyev dünya məşhurlarını Gəncəyə gətirir
12.12.2013 16:43
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev gəncəlilər üçün gözlənilməz addım atıb. AzVision.az-ın əldə etdiyi məlumata görə, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin 2016-cı ilin “Avropa gənclər paytaxtı” seçilməsindən sonra E.Vəliyev bu qələbəni xüsusi qeyd etmək qərarına gəlib. İcra başçısı tarixi qələbəni qeyd etmək üçün möhtəşəm konsert proqramının keçirilməsini tapşırıb. Belə ki, E.Vəliyev konsertdə hansı popuylar müğənninin iştirak etməsini gənclərin öhdəsinə buraxıb. Bunun üçün də icra başçısı tapşırıq verib ki, gənclər hansı dünya ulduzunu Gəncədə görmək istəyirsə, o müğənni şəhərə gətiriləcək. Bu müğənninin kim olmasından asılı olmayaraq. Şəxsən icra başçısının özü bu barədə göstəriş verib. Bunun üçün hətta facebookda sorğu keçirilir ki, gənclər hansı ulduzun Azərbaycana gətirilməsini istəyir?“Əziz Gənclər hamımıza yaxşı məlumdur ki, Gəncə şəhəri Avropanın Gənclər Paytaxtı seçilərək tarixi qələbəyə imza atıb. Bu münasibətlə Gəncədə möhtəşəm tədbirlər keçiriləcək. Qalibiyyətin sahibi siz gənclər olduğunuz üçün , sizin aranızda belə bir sorğu keçirtmək qərarına gəldik. Gəncədə bu qələbə münasibəti ilə konsert keçirtsək, hansı dünya şöhrətli mügənnini Gəncədə görmək istərdiniz? (fikirləriniz önəmlidir, fəal olun!)”-deyə sosial şəbəkədə payyaxt sakinləri arasında sorğu keçirilir.Səsvermədən sonra ən çox səs toplayan müğənni Gəncədə təşkil olunan konsert proqramında iştirak edəcək. Qeyd edək ki, Gəncəyə gətiriləcək məşhurlar sırasında Şakira, Rihanna, Cenefir Lopez və tanınmış türk müğənnilərinin adı çəkilir. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol