• $
  • €
  • ₽
  • ₺
  • £

Xaçmazda batağan quşlarının kütləvi ölümü qeydə alınıb

Xaçmazda batağan quşlarının kütləvi ölümü qeydə alınıb
23.02.2026 10:48

Xəzər dənizinin sahilboyu ərazilərində batağan (Podicipedidae) quşlarının kütləvi ölümü müşahidə olunub. Bu barədə Azərtac agentliyi məlumat yayıb.

 Xaçmaz rayonunun Niyazabad kəndi yaxınlığında minlərlə quş cəsədinə rast gəlinib və onlar sahil boyunca kilometrlərlə səpələnib.

Rayon sakinləri bildiriblər ki, quşların kütləvi ölümü fevralın əvvəllərindən başlayıb.

“Quşlar bir yerə toplaşıb hərəkətsiz dururdular, yaxınlaşıb toxunanda belə uçmurdular. Sahildə boyunlarını büküb, soyuqdan ölürdülər”, –  Anar Mikayılov bildirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yerli qurumları sahilboyu ərazilərdə cəsədlərin yerində baxışını keçirərək nümunələr götürüb. Quşların kütləvi ölüm səbəbləri daha çox təbii amillərlə, xəstəliklə və ya qida çatışmazlığı ilə əlaqələndirilir, lakin dəqiq nəticə laborator araşdırmalardan sonra müəyyən ediləcək.

Batağanlar əsasən şirin su hövzələrində yaşayan və qış aylarında ölkəmizə köç edən quşlardır. Bundan əvvəl Bakının Şıx çimərliyi sahillərində də ölü batağanlara rast gəlinmişdi.

Cəsədlərin təmizlənməsi və ətraf mühitə mənfi təsirin qarşısının alınması istiqamətində tədbirlər görülür.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol