• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxıstanda qadınların rəqəmsal transformasiyada rolu artır - deputat

Qazaxıstanda qadınların rəqəmsal transformasiyada rolu artır - deputat
14.04.2026 09:31

Qazaxıstanda gənclərin özünüreallaşdırması və özünütəşkilinin təşviqi, eləcə də qadınların rəqəmsal transformasiyada iştirakının genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bunu Qazaxıstanlı deputat Nurgül Tau “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransında çıxışı zamanı deyib.



Onun sözlərinə görə, müasir texnologiyalar distant məşğulluq, sahibkarlıq və təhsil üçün yeni imkanlar açır.

O vurğulayıb ki, texnoloji dəyişikliklərin sosial-iqtisadi fərqləri dərinləşdirməməsi, əksinə azaltması üçün rəqəmsal bacarıqlara və resurslara çıxışın təmin edilməsi vacibdir.

Deputat sahibkarlığının və innovativ təşəbbüslərin dəstəklənməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

O qeyd edib ki, qadınlar getdikcə daha çox kreativ sənayelər, sosial iqtisadiyyat və texnoloji həllər sahəsində layihələrin təşəbbüskarı kimi çıxış edirlər.

“Belə təşəbbüslərin dəstəklənməsi iqtisadiyyatın şaxələndirilməsinə, yeni iş yerlərinin yaradılmasına və rəqabətli biznes mühitinin formalaşmasına töhfə verir”, —  o əlavə edib.

O həmçinin qadınların ekoloji mədəniyyətin təşviqi və davamlı inkişafın irəlilədilməsində roluna diqqət çəkib.

Onun sözlərinə görə, yerli icmalar səviyyəsində qadınlar tez-tez resurslardan səmərəli istifadə, ekoloji maarifləndirmə və sosial məsuliyyətin inkişafı üzrə təşəbbüslərlə çıxış edirlər.

Gülnar Nazimqızı

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol