• $
  • €
  • ₽
  • ₺
  • £

FDA IQOS və HEETS üçün yenilənmiş icazəni təsdiqlədi

FDA IQOS və HEETS üçün yenilənmiş icazəni təsdiqlədi
24.04.2026 10:00

ABŞ-ın Qida və Dərman Agentliyi (FDA) Philip Morris International-a (PMI) məxsus IQOS cihazının iki versiyası və HEETS markası altında kommersiyalaşdırılan tütün çubuqlarının üç variantı üzrə əvvəllər verilən dəyişdirilmiş riskli tütün məhsulu (DRTM) qərarlarını yeniləyib. 

"Bu qərar şirkətə 21 yaşdan yuxarı, ənənəvi siqaret istifadə edən ABŞ vətəndaşlarına sağlamlığa zərərin azaldılması ilə bağlı məlumat verməyi davam etməyə imkan yaradır",  - PMI-nin yaydığı məlumatda bildirilib. 

Agentlik hesab edib ki," IQOS və HEETS üçün DRTM icazələrinin yenilənməsi əhalinin sağlamlığının təşviqi baxımından məqsədəuyğun olaraq  həm tütün istifadəçiləri, həm də hazırda tütün məhsullarından istifadə etməyən şəxslər üçün ümumi ictimai sağlamlıq baxımından faydalı ola bilər".

PMI U.S.-in baş icraçı direktoru Steysi Kennedi bildirib ki, şirkət ABŞ-da qızdırılan tütün məhsulları üçün dəyişdirilmiş riskli məhsul icazəsini alaraq saxlaya bilən yeganə şirkətdir və elmi əsaslı alternativlərin yetkin siqaret çəkənləri ənənəvi siqaretlərdən uzaqlaşmaqda kömək edə biləcək.

Onun sözlərinə görə, FDA-nın son qərarı həm IQOS-u dəstəkləyən elmi əsasların, həm də böyüklər üçün tüstüsüz alternativlərin məsuliyyətlə təqdim olunması istiqamətində öhdəliyin təsdiqidir.

 "Uzunmüddətli epidemioloji tədqiqatlar tamamlanmadan belə, mövcud elmi sübutlar fərdi tütün istifadəçiləri arasında xəstələnmə və ya ölüm hallarının ölçməyə imkan verir və onların əhəmiyyətli dərəcədə azalmasını mümkün edir",  - FDA qərarında bir daha vurğulayıb.

IQOS 2.4 sistemi 2019-cu ildə bazara çıxış üçün ilkin icazə aldıqdan sonra, 2020-ci ildə FDA-nın DRTM prosesi çərçivəsində “ictimai sağlamlığın təşviqi baxımından uyğun” hesab edilərək təsdiqlənən ilk qızdırılan tütün məhsulu olub. IQOS 3.0 sistemi isə ilkin bazar icazəsini 2020-ci ildə, DRTM statusunu isə 2022-ci ildə alıb.

Şirkət bildirib ki, hazırda FDA IQOS ILUMA üçün bazar müraciətlərinə baxmağı davam etdirir.

PMI hesab edir ki, təqdim olunan müraciət paketi və yetkin siqaret çəkənlərin daha yaxşı alternativlərə keçidi üzrə topladığı təcrübə nəzərə alınmaqla bu proses sürətləndirilməyə layiqdir.

PMI-nin DRTM müraciətində təqdim olunan materiallarda bildirilir ki, IQOS sistemi adi siqaret tüstüsü ilə müqayisədə daha az miqdarda zərərli və potensial zərərli maddə olan aerozol yaradır. 

Şirkət bildirir ki, heç bir tütün məhsulu tam təhlükəsiz deyil. Bununla belə, Yaponiya da daxil olmaqla bəzi bazarlarda real istifadə göstəriciləri qızdırılan tütün məhsullarının yayılmasının ənənəvi siqaret istifadəsinin azalması ilə əlaqəli olduğunu göstərir.

IQOS kimi qızdırılan tütün məhsulları tütünü yandırmır, onu qızdırır. PMI bunu yanma nəticəsində yaranan zərərli kimyəvi maddələrin əmələ gəlməsinin əhəmiyyətli dərəcədə azalması, eyni zamanda real tütün dadı və nikotin məmnunluğunun saxlanılması ilə izah edir.

PMI U.S. ABŞ-da 45 milyon yetkin nikotin istifadəçisinə, o cümlədən hələ də siqaret çəkən təxminən 25 milyon insana ənənəvi tütün məhsullarından daha yaxşı alternativlər təqdim etməyə yönəldiyini bildirib.

Şirkətin məlumatına görə, PMI 2008-ci ildən bəri siqaret çəkməyə davam edən yetkin istifadəçilər üçün innovativ tüstüsüz məhsulların hazırlanması, elmi əsaslandırılması və kommersiyalaşdırılması məqsədilə qlobal miqyasda 16 milyard dollardan çox sərmayə yatırıb.

PMI 2022-ci ildə ağız yolu ilə nikotin çatdırılması sahəsində fəaliyyət göstərən Swedish Match şirkətini satın aldıqdan sonra ABŞ bazarına daxil olub. Şirkət bu addımla qlobal miqyasda tüstüsüz məhsullar üzrə mövqeyini daha da gücləndirdiyini bildirir.

PMI bəyan edib ki, məqsədi siqaret çəkməyə davam edən bütün yetkinlərin ya tamamilə nikotindən imtina etməsi, ya da mümkün olan ən qısa müddətdə elmi cəhətdən əsaslandırılmış tüstüsüz məhsullara tam keçid etməsidir. Şirkət hesab edir ki, tənzimləyici siyasətlər və verilən qərarlar bu keçidin sürətini və miqyasını əhəmiyyətli dərəcədə artıra bilər.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol