• $
  • €
  • ₽
  • ₺
  • £

5000-dən çox qız erkən evliliklərin qurbanı olub

5000-dən çox qız erkən evliliklərin qurbanı olub
05.12.2013 16:54
“Bu il Azərbaycanda 5000-dən çox qız erkən evliliklərin qurbanı olub”.APA-nın xəbərinə görə, bu barədə Azərbaycanda 10 günlük missiya həyata keçirən BMT-nin qadınlara qarşı zorakılıq, onun səbəb nə nəticələri mövzusunda çalışan Xüsusi Məruzəçisi Raşida Mancu keçirdiyi mətbuat konfransında məlumat verib. O bildirib ki, missiya zamanı əsasən cənub bölgəsinə xas olan erkən, məcburi və qeyri-rəsmi evliliklərin sayının artması narahatçılıq doğuran məsələ kimi davamlı olaraq vurğulanıb: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatlarına görə, 2013-cü ildə 5000-dən çox qız uşağı erkən evliliklərin qurbanı olub. 2012-ci ildə isə bu rəqəm təxminən 4000 idi. Erkən evliliklərin hər bir fərd üçün müxtəlif səviyyələrdə, o cümlədən fiziki və mənəvi, təhsil yönümlü, sosial-iqtisadi, eləcə də qızların reproduktiv sağlamlıq baxımından ciddi ziyanları var. Qadınlara qarşı Zorakılığın Bütün Növlərinin Ləğvi (CEDAW) üzrə komitənin 2009-cu ildəki yekun müşahidələrində vurğulandığı kimi, bu cür evliliklərin qarşısının alınması, həmçinin bütün evliliklərin düzgün hüquqi qeydiyyatının təmin edilməsi üçün dövlət inkişaf etdirici tədbirləri, o cümlədən davamlı maarifləndirmə kampaniyalarını davam etdirməli, icmalarla və dini qurumlarla müvafiq işlər aparmalıdır”.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol