• $
  • €
  • ₽
  • ₺
  • £

Şuşada yeni təhsil ocaqları və turizm layihələri planlaşdırılır

Şuşada yeni təhsil ocaqları və turizm layihələri planlaşdırılır
19.05.2026 11:22

 

 

Qarabağ Universitetinin incəsənət, turizm və qonaqlama fakültələrinin Şuşaya köçürülməsi nəzərdə tutulur. Bunu Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

 

“Bu addım təxminən 1500 müəllim və tələbənin şəhərdə daimi məskunlaşmasına şərait yaradacaq. Gənclərin və tələbələrin şəhərin inkişafına yeni dinamika qatacağını gözləyirik.

 

 

O bildirib ki, Şəhərdə yaxın zamanda uşaq bağçasının tikintisinə də start veriləcək. Bundan əlavə, gələn il Şuşada yeni tədris müəssisələrinin fəaliyyətə başlaması gözlənilir.

 

“Şuşada yeni məscid kompleksinin tikintisi də davam edir. Memarlıq baxımından mürəkkəb layihə hesab olunan kompleksdə işlərin yüksək dəqiqliklə aparılır. Layihənin gələn ilin əvvəlində tamamlanaraq ziyarətçilərin istifadəsinə verilməsi planlaşdırılır. Eyni zamanda, Xankəndiyə dəmir yolunun çəkilməsi də mühüm layihələrdən biri kimi qiymətləndirilir. Yenidən qurulan yol sayəsində Xankəndi ilə Şuşa arasındakı məsafə daha da qısalacaq və nəqliyyat əlaqələri sürətlənəcək.

O əlavə edib ki, Turşsu qəsəbəsinin sıfırdan yenidən qurulacaq və tikinti işlərinə bu il başlanılacaq. 

Aytac 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Cəmiyyət 10:03
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol