Daha bir türkiyəli iş adamı beynəlxalq axtarışa verildi
Azərbaycanın hüquq-mühafizə orqanları daha bir türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib.APA-nın xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda bildirilir ki, Türkiyə vətəndaşı, 60 yaşlı Mete Yüce vergidən yayınmaqda təqsirli bilinir. Onun saxlanılması üçün Azərbaycan dövlətlərarası axtarış elan edib. Mete Yüce Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Qeyd edək ki, bu il Azərbaycan hüquq-mühafizə orqanları ölkədə sahibkarlıqla məşğul olan daha bir neçə türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib. Onların hamısı vergidən yayınmada ittiham olunur.ANN.Az

Instagram
Bizi Instagramda izləyin
Keçid etOxşar xəbərlər
Cəmiyyət 14:56 Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:13 Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 13:21 Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:12 Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:05 Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 12:50 Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 11:13 Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 10:54 Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:36 Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb